"Bank BTB"də yeni təyinat
®Anar Yusif oğlu Əzizov "Bank BTB" ASC-də Satışlar departamentinin Biznes kreditləri şöbəsinin rəhbəri təyin edilib.
O, bakalavr təhsilini Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsində (1998-2002), magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə-kredit fakultəsində (2004-2007) almışdır.
Anar Əzizov əmək fəaliyyətinə "Parabank" ASC-də başlamış, daha sonra "Turanbank" ASC-də – Kredit şöbəsinin müdiri (2009-2018), "Azərbaycan Beynəlxalq Bank" ASC-də – Kiçik və Orta biznes müştəriləri ilə iş şöbəsinin baş mütəxəssisi (2018-2020), Bank Aktivlərinin idarə edilməsi Agentliyi MMC-də – Baş mütəxəssis (2020-2021), "Bank BTB" ASC-də – baş mütəxəssis (2021-2022), "RabitəBank" ASC-də – Filial müdirinin müavini (2022-2023) kimi vəzifələrdə çalışmışdır.
2023-cü ilin iyun ayında "Bank BTB" ASC-nin Satışlar departamenti, Biznes kreditləri şöbəsinin rəhbəri təyin olunmuşdur. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Cash Back nədir?
Onlayn biznes növləri
ZARA-nın uğur hekayəsi
SMM nədir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri