Bank hesablarının açılması mexanizmi sadələşdirilir

Bank hesablarının açılması mexanizmi sadələşdirilirVergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi vergi ödəyicilərinin inzibatçılıq yükünün azaldılması ilə bağlıdır.
Mövcud qanunvericiliyə əsasən, bank hesablarının açılması məqsədi ilə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına kağız və ya elektron formada müraciət ərizəsi təqdim edilməli, müraciət vergi orqanı tərəfindən 2 gün ərzində emal olunmalıdır. Vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olmadığı halda hesabın açılması üçün vergi orqanı tərəfindən banka şəhadətnamə-dublikat göndərilir, borcu olduğu halda isə bank hesabının açılmasından imtina edilir. Bu proses zamanı müəyyən olunmuş müddət, yəni 10 gün ərzində hər hansı səbəbdən bank hesabı açılmadıqda vergi orqanı tərəfindən banka göndərilmiş şəhadətnamə-dublikat qüvvədən düşmüş sənəd kimi qiymətləndirilir və həmin şəhadətnamə-dublikat üzrə hesabın açılması mümkün olmur.
Banker.az Dvlət Vvergi Xidmətinə istinadən xəbər verir ki, bank hesablarının açılması sahəsində vergi ödəyicilərinin mövcud inzibati yükünün azaldılması məqsədilə vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Belə ki, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qoyulan məhdudiyyət aradan qaldırılıb, vergi ödəyicisinin bank əməliyyatları aparan şəxslərdə hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv edilib. Beləliklə, bundan sonra hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq.
Dəyişikliklərə əsasən, vergi ödəyicisinə açılmış hesabların vergi orqanında qeydiyyata alınması üçün bank əməliyyatları aparan şəxslər tərəfindən hesab açıldığı tarixdən 1 iş günü müddətində vergi orqanına elektron qaydada məlumat göndərilir. Açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. Vergi ödəyicisinin borcu olduğu və borcun ödəniş müddətinin bitdiyi halda, vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı, eyni gündə həmin hesab üzrə sərəncam da göndərilir.
Göründüyü kimi, mövcud inzibatçılığın sadələşdirilməsi və prosedurların azaldılması məqsədi ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilməklə yeni mexanizmin tətbiqi nəzərdə tutulur.
Yeni mexanizm 2023-cü ilin oktyabr ayından tətbiq ediləcək və həmin müddətədək vergi orqanları ilə banklar arasında təklif olunan mexanizmin tətbiqi ilə bağlı inzibatçılığın qurulması işləri həyata keçiriləcək.

Banklar     Tarix: 13 yanvar 2023

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld


iqtisadi xeberler en son xeberler bitcoin qiymeti bank faizleri dollar məzənnəsi