Bank Respublika "ASAN Məktub" proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
®Bank Respublika Yeni il ərəfəsində uşaqların Şaxta babaya ünvanladıqları arzuları gerçəkləşdirdi
Yeni il möcüzəsi bəzən bir məktubdan, bəzən də bir uşağın səmimi arzusundan başlayır…
Bu duyğularla çıxış edən Bank Respublika "ASAN Məktub" sosial proqramı çərçivəsində uşaq evlərində yaşayan balacaların Şaxta babaya ünvanladıqları məktublara biganə qalmayaraq onların Yeni il arzularını gerçəkləşdirib və uşaqlara bayram hədiyyələri təqdim edib. Balaca fidanlara hədiyyələr ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə təqdim olunub.
Tədbir zamanı uşaqlar üçün əsl bayram ab-havası yaradılıb, Şaxta baba ilə görüş, Bank Respublika tərəfindən hədiyyələrin təqdim edilməsi və səmimi anlar balacaların üzündə təbəssümə, qəlbində isə unudulmaz xatirələrə çevrilib.
Bank Respublika sosial məsuliyyət strategiyasına uyğun olaraq cəmiyyətin həssas qruplarına, xüsusilə də uşaqlara göstərilən diqqəti öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Bank sosial layihələr vasitəsilə uşaqların rifahına töhfə verməyi, onların sevincinə şərik olmağı və cəmiyyət üçün davamlı dəyər yaratmağı vacib prioritet kimi müəyyənləşdirib.
Bank Respublika gələcəkdə də sosial yönümlü təşəbbüslərdə fəal iştirak etməyi, ictimai əhəmiyyətli proqramlara dəstək göstərməyi və sosial məsuliyyət prinsiplərinə sadiq qalmağı davam etdirəcək.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144




/ banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Ən çox soruşulan müsahibə sualları hansılardır?