"Bank Respublika" müştərilərə yeni "NeoKart Visa" kartını təqdim etdi

®Ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC Yeni il ərəfəsində müştərilərini maraqlı və sərfəli kampaniyalarla sevindirməyə davam edir.
Yarandığı ilk gündən müştərilərinə böyük həcmdə keşbek, üçüş milləri, mobil internet və danışıq dəqiqələri qazandıran Neo, müştərilərinə yeni bir seçim yaradıb – "NeoKart Visa"! Belə ki, artıq müştərilər bir çox üstünlüklərə malik "NeoKart" kartını Visa ödəniş sistemi bazasında əldə edə biləcəklər.
Bundan başqa, 2023-cü ilin fevralın 15-nə qədər davam edəcək yeni kampaniya çərçivəsində "NeoKart Visa" kartını əldə edən müştərilər 2 qat "Xoş Gəldin" bonusu, eləcə də ödənişlərini "NeoKart Visa" ilə etdikdə 2 qat "NeoBonus"lar qazanacaq!
Yeni kartda rəqəmsal ödənişlər üzrə dünya lideri olan "Visa" ödəniş sisteminin bütün üstünlükləri və "Bank Respublika"nın xidmətlərinin rahatlığı var. "NeoKart" sahibləri dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə ödəniş etdikdə, həmçinin onlayn alış-veriş zamanı "Bank Respublika"dan "NeoBonus"lar qazanacaq. Daha sonra Bankın "Mobil Şöbə" əlavəsi vasitəsilə "NeoBonus"ları "cash back", uçuş milləri, mobil internet və danışıq dəqiqələrinə dəyişə biləcəklər. Bir çox özəllikləri özündə birləşdirən "NeoKart" həmçinin, müştərilərə kart hesabındakı qalığa görə illik 5%-ə qədər əlavə faiz gəliri gətirəcək!
"NeoKart" debet kartı 3 valyutada (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur. Kartın iki növü var: "NeoKart Standard" və "NeoKart Premium". Bankın ATM şəbəkəsində kartdan nağdlaşdırma üzrə komissiya 0% təşkil edir. Həmçinin, ölkəmizin digər banklarının ATM şəbəkəsində də komissiyasız nağdlaşdırma imkanı var. Bundan başqa, "NeoKart" sahibləri güzəşt müddəti 45 gün olan 15 000 manata qədər kredit xətti də əldə edə bilərlər.
"NeoKart"ı əldə etmək üçün banka gəlməyə ehtiyac yoxdur. Siz sadəcə arzuladığınız kartı sifariş edirsiniz və kart cəmi 3 günə evinizə pulsuz çatdırılacaq.
"NeoKart"ı onlayn olaraq "Bank Respublika"nın rəsmi saytından, eləcə də "WhatsApp"da "Çat-Bot" xidmətindən istifadə edərək 050 6 144 144 nömrəsinə "Kart" yazıb göndərərək sifariş edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 14 dekabr 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler dollar mezenne birbank dollarin kursu bu gun bitkoin