Bank Respublika və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıb

Bank Respublika və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıbAzərbaycanın maliyyə sektorunda mühüm yer tutan və real sektorun inkişafına davamlı dəstək göstərən aparıcı maliyyə institutlarından biri olan Bank Respublika ilə regionun nüfuzlu beynəlxalq maliyyə qurumlarından olan Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) arasında yeni maliyyə sazişi imzalanmışdır.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 3 il müddətinə 25 milyon manat məbləğində kredit ayıracaq və vəsait milli valyutada təqdim ediləcək.
"Milli valyutada kreditləşmə kiçik və orta sahibkarlığın dəstəklənməsinin ən səmərəli yollarından biridir. Bu, sahibkarlara valyuta risklərinin yükü olmadan davamlı və inamlı şəkildə böyüməyə imkan yaradır. Bank Respublika ilə bu əməkdaşlıq yalnız tərəfdaşlığımızda yeni mərhələ deyil, həm də Azərbaycanın qeyri-neft iqtisadiyyatının gücləndirilməsi istiqamətində strateji addımdır. Birlikdə biz sahibkarlar üçün daha geniş imkanlar yaradır, innovasiyaları dəstəkləyir və uzunmüddətli iqtisadi dayanıqlığa töhfə veririk. BSTDB, ölkə üzrə dayanıqlı inkişaf və rifahı təşviq etməkdə Bank Respublika ilə yanaşı addımlamaqdan qürur duyur."– deyə BSTDB prezidenti Dr. Serhat Köksal bildirib.
 "Bu vəsait "Bank Respublika"nın ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın (KOB) maliyyə imkanlarını genişləndirməklə onların dayanıqlı inkişafına,  qeyri-neft sektorunun gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və  yeni biznes təşəbbüslərinin dəstəklənməsinə xidmət edəcək. "Bank Respublika"nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır. Biz Qara Dəniz Ticarət və İnkişaf Bankına əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsaitlər real sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın kredit dəstəyini gücləndirməyə və bununla da ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək." deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr:   Facebook |  Instagram |  LinkedIn      |  Telegram
Çağrı Mərkəzi: 144
Bank Respublika və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıbBank Respublika və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıbBank Respublika və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıbBank Respublika və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıbBank Respublika və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıb/ banker.az

Banklar     Tarix: 12 sentyabr 2025

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya internetden pul qazanmaq biznes ideyalari biznes qurmaq