Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşüb

Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşübÖtən həftə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və ölkənin aparıcı banklarından biri olan "Bank Respublika"nın geniş tərkibdə nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri baş tutub.
Bankın yaydığı məlumata görə, səfər çərçivəsində sahibkarlar üçün "Naxçıvanda biznesin inkişafı üçün yeni fürsətlər" mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. 
Tədbirə Naxçıvan rəsmiləri, eləcə də Muxtar Respublikada fəaliyyət göstərən sahibkarlar daxil olmaqla 100-dən çox iştirakçı qatılıb.
Konfransda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev,  "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və digər şəxslər çıxış ediblər. Çıxış edənlər Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan, eləcə də  əlçatan və effektiv maliyyələşmə mexanizmlərindən söhbət açıblar.
Bank Respublika nümayəndələri çıxışları zamanı Sahibkarlığın İnkişafı Fondu ilə olan effektiv əməkdaşlığın və əməkdaşların yüksək peşəkarlığının nəticəsi kimi son 2 il ərzində ölkəmizdə məbləğ və say üzrə ən çox güzəştli kredit verən müvəkkil kredit təşkilatının məhz - Bank Respublika olduğunu bildiriblər.  Qeyd edilib ki, Bank Respublika Naxçıvanda real sektorun maliyyələşdirilməsində iştirak edən ən aktiv banklardan biridir və artıq Naxçıvanda güzəştli kreditlərin verilməsi prosesinə başlanılmışdır. Bank nümayəndələri bu uğurlu əməkdaşlığın Naxçıvanda da davam edəcəyini və qısa bir müddətdə Azərbaycanın digər regionlarında olduğu kimi Muxtar Respublikada da Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərini təqdim edən ən aktiv bank olacağına əmin olduqlarını bildiriblər.
Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları çıxışları zamanı güzəştli biznes kreditlərinin verilməsi mexanizmlərindən və bu kreditlərin sahibkarlar üçün yaratdıqları imkanlardan danışıblar, sahibkarları maraqlandıran məqamlara aydınlıq gətiriblər.
Qeyd edək ki, 3 gün davam edən səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonlarında olub, sahibkarlarla görüşlər keçirərək onları maraqlandıran sualları cavablandırıblar.
Bank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşübBank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşübBank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşübBank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşübBank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşübBank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşübBank Respublika və Sahibkarlığın İnkişafı Fondu nümayəndələri Naxçıvanda sahibkarlarla görüşüb/ marja.az

Banklar     Tarix: 10 iyul 2023

Oxşar xəbərlər

"PAŞA Sığorta"da növbədənkənar ümumi yığıncaq keçiriləcək

03 iyun 2026-cı il tarixində "PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 ("Sahi

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı

Yelo Bank karyera pillələrini inamla addımlamaq istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla qarşılanan "Summer Challenge 2026" təcrübə proqramına qeydiyyat başladı. Bu proqram tələb

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Azərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarl

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

AccessBank müxtəlif peşə sahibləri üçün Nağd Kredit üzrə 7%-dək endirim kampaniyasının müddətini uzatdı

AccessBank müxtəlif peşə sahibləri üçün sərfəli şərtlərlə 50 00 AZN-dək nağd kredit məhsulu təqdim edir. Kampaniya çərçivəsində vergi, gömrük, tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulmuş xüsusi şərtlə

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb

"Caspian Finance BOKT" MMC 2025-ci ili 1 milyon 284 min 682 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 377 min 226 manat təşkil etmişdi. Beləliklə, BOKT-un xalis mənfəəti illik müqayisəd

"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib


iqtisadi xeberler internetden pul qazanmaq biznes krediti dollar mezenne valyuta mezennesi