"Bank Respublika"da İŞLƏR ƏLADIR
®EBRD "Bank Respublika"ya Azərbaycanda yaşıl iqtisadiyyatın dəstəklənməsi üçün böyük məbləğdə kredit ayırıb.
Nüfuzlu beynəlxalq maliyyə təşkilatları Azərbaycanda növbəti dəfə "Bank Respublika"nı seçiblər. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda yaşıl iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi üçün Bank Respublika ilə böyük həcmli kredit sazişi imzalayıb.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Kredit Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində Kiçik və Orta Müəssisələrin Rəqabət Qabiliyyətinin Təkmilləşdirilməsi və İnklüzivləşdirilməsi Proqramı çərçivəsində verilib. Müqaviləyə əsasən, beynəlxalq maliyyə institutu Banka 3 il müddətinə Azərbaycan manatı (AZN) ilə 7,5 milyon ABŞ dolları məbləğində sintetik kredit təqdim edəcək.
Təqdim edilən vəsaitlər ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrin (KOB) dəstəklənməsi üçün istifadə olunacaq. Bunlar enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrindən istifadə, tullantıların minimuma endirilməsi və karbon izinin azaldılması layihələridir.
Bu əməkdaşlığın məqsədi Azərbaycanda davamlı inkişafı dəstəkləmək və yaşıl iqtisadiyyata keçidi təşviq etməkdir. Kredit ekoloji layihələrin həyata keçirilməsi, biznes infrastrukturunun təkmilləşdirilməsi və ekoloji cəhətdən məsuliyyətli qərarların qəbuluna yönəlmiş müəssisələrin stimullaşdırılması üçün mühüm mənbə rolunu oynayacaq.


/ banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?