Bank sektoru üzrə yeni götəricilər açıqlandı

Bank sektoru üzrə yeni götəricilər açıqlandıMərkəzi Bank 2024-cü ilin 9 ayı (yanvar-sentyabr) dövrü ürə bank sektorunun əsas göstəricilərini açıqlayıb.
Qeyd edilib ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 50,840.8 mln. manat, cəmi öhdəlikləri 44,550 mln. manat, balans kapitalı 6,290.8 mln. manat olmuşdur.
Sentyabr ayında bankların aktivləri və öhdəlikləri müvafiq olaraq 2.6% (1,273.1 mln. manat), 3% (1,294 mln. manat) artmışdır.
Kredit portfelinin artımı sentyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 2.4% və ya 630.4 mln. manat artaraq 26,706 mln. manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (14,407.9 mln. manat);
ıı) istehlak kreditləri – 30.5% (8,152.8 mln. manat)
ııı) ipoteka kreditləri – 15.5% (4,145.3 mln. manat). 
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.9%-i və ya 36,058.9 mln. manat. Depozit portfelinin 61.6%-i (22,209.8 mln. manat) hüquqi şəxslərin, 38.4%-i (13,849.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 
Fiziki şəxslərin əmanətlərinin 65.4%-i (9,063.1 mln. manat) milli valyutada, 34.6%-i (4,786 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8,242.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri sentyabr ayında 0.3% və ya 27.3 mln. manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16,808.9 mln. manat (ay ərzində artım 6.2% və ya 978.1 mln. manat) olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.7%-ni təşkil etmişdir. 
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması sentyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.1 faiz bəndi azalaraq 34.0% təşkil etmişdir.
2024-cü ilin yanvar – sentyabr aylarında banklar tərəfindən 829.6 mln. manat xalis mənfəət, 1,268.7 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir. Cari ilin 9 ayında banklar tərəfindən ümumilikdə 190.6 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor 
Cari ilin sentyabr ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 7.8% artaraq 35,772.7 mln. manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 10.4 mln. manat artaraq 2,608.5 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin qısamüddətli əmanət hesablarının həcmindəki artım ilə əlaqədardır. Ödənişlər sektoru • Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 356 min ədəd artaraq 18 milyon 923 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.7% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.6%, kredit kartları üzrə 6.3% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artmışdır. 2024-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,154 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6,069 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,076 mln. manatı POS-terminallar, 7.7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.4%-ni təşkil etmişdir. 
Banklar və "Azərpoçt" MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 26.5% artmışdır.
30 sentyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 482, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,140 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 173 nəfər artaraq 24,696 nəfər təşkil etmişdir.  / marja.az

Banklar     Tarix: 24 oktyabr 2024

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri bank faizleri bu gunun xeberleri