Bank sektorunda son vəziyyət açıqlandı

Bank sektorunda son vəziyyət açıqlandıAzərbaycan Mərkəzi Bankı"Statistik bülleten 2026/İyun" buraxılışını dərc edib
Bank sektoru
30 iyun 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 504, şöbələrinin sayı 83, ATM-lərin sayı 3 min 503 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 88 nəfər artaraq 27 min 462 nəfər təşkil etmişdir. 
Fəaliyyətdə olan bankların cəmi aktivləri 60 milyard 940.4 milyon manat, cəmi öhdəlikləri 53 milyard 294.8 milyon manat, balans kapitalı 7 milyard 645.6 milyon manat olmuşdur. İyun ayında bankların cəmi aktivləri 3%, cəmi öhdəlikləri 3.3%, balans kapitalı isə 1% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 3% və ya 935.5 milyon manat artaraq 31 milyard 821.3 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (17 milyard 179.5 milyon manat);
ıı) istehlak kreditləri – 31.2% (9 milyard 917.3 milyonmanat)
ııı) ipoteka kreditləri – 14.8%  4 milyard 724.5 milyon manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.6%-i və ya 39 milyard 743.7 milyon manat. Depozit portfelinin 56.1%-i (22 milyard 315.2 milyon manat) hüquqi şəxslərin, 43.9%-i (17 milyard 428.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 
Fiziki şəxslərin əmanətlərinin 71.6%-i (12 milyard 476.1 milyon manat) milli valyutada, 28.4%-i (4 milyard 952.4 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 65.1%-i (11 milyard 344.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyun ayında 1.2% və ya 129.6 milyon manat artmışdır. 
2026-cı ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.1% (4 min 485 əmanətçi), ilin əvvəlindən isə 13.6% (26 min 475 əmanətçi) artaraq 220.6 min nəfər təşkil etmişdir. 
Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 895.6 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.7%-ni təşkil etmişdir.
2026-cı ilin yanvar - iyun aylarında banklar 716.3 milyon manat xalis mənfəət, 1 milyard 86.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 171.1 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin iyun ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 7.1% artaraq 43 milyard 254.2 milyon manat təşkil etmişdir. 
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 148.7 milyon manat azalaraq 3 milyard 113 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrünə nəzərən 10.4% artaraq 22 milyon 798 min ədəd təşkil etmişdir. Ödəniş kartlarında debet kartlarının sayı 12% artmış, kredit kartlarının sayı isə 3.5% azalmışdır.
İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14.5% artmışdır. 2026-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 902 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 575 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 325 milyon manatı POS-terminallar, 2.5 milyon. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8-ni təşkil etmişdir. 
Banklar və "Azərpoçt" MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 4.4%, POS-terminalların sayı 16.9% artmışdır.

Banklar     Tarix: 29 iyul 2026

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu