Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI

Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDIMərkəzi Bank "Statistik bülleten- Noyabr 2025" buraxılışını dərc edib.
Marja.az xəbər verir ki, bülletendə bildirilir. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bank sektoru 
30 noyabr 2025-ci il tarixinә fәaliyyәt göstәrәn 22 bankın filiallarının sayı 501, şöbәlәrinin sayı 85, ATM-lәrin sayı 3 min 462 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% vә ya 99 nәfәr artaraq 27 min 20 nәfәr tәşkil etmişdir. Ümumilikdә, 2025-ci ilin 11 ayında bank sektorunda çalışanların sayı 6.5% vә ya 1657 nәfәr artmışdır.
Fәaliyyәtdә olan bankların cәmi aktivlәri 58 milyard 748.5 milyon manat, cәmi öhdәliklәri 51 milyard 517.4 milyon manat, balans kapitalı 7 milyard 231.1 milyon manat olmuşdur. Noyabr ayında bankların cәmi aktivlәri 4.3%, cәmi öhdәliklәri 4.7%, balans kapitalı 1% artmışdır. 
Hesabat ayında bankların kredit portfeli 1% vә ya 281.7 milyon manat artaraq 29 milyard ,685.5 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditlәri – 53.2% (15 milyard 804.8 milyon manat);
ıı) istehlak kreditlәri – 31.4% (9 milyard 318.8 milyon manat)
ııı) ipoteka kreditlәri – 15.4% (4 milyard 561.9 milyon manat). 
Bankların öhdәliklәrinin strukturunda depozit portfeli üstünlük tәşkil edir – cәmi öhdәliklәrin 72.2%-i vә ya 37 milyard 202 milyon manat. Depozit portfelinin 57.4%-i (21 milyard 354.3 milyon manat) hüquqi şәxslәrin, 42.6%-i (15 milyard 847.7 milyon manat) fiziki şәxslәrin depozitlәrindәn (fәrdi sahibkarlıqla mәşğul olan fiziki şәxslәrin depozitlәri istisna olmaqla) ibarәtdir.
Fiziki şәxslәrin әmanәtlәrinin 67.5%-i (10 milyard 701.4 milyon manat) milli valyutada, 32.5%-i (5 milyard 146.3 milyon manat) xarici valyutadadır. Fiziki şәxslәrin әmanәt portfelinin 62.9%-i (9 milyard 963.9 milyon manat) müddәtli әmanәtlәrdәn ibarәtdir. Fiziki şәxslәrin müddәtli әmanәtlәri noyabr ayında 0.8% vә ya 80.3 milyon manat, tәlәbli әmanәtlәri isә 3.9% vә ya 218.4 milyon manat artmışdır.
2025-ci ilin noyabr ayında bank sektoru üzrә unikal müddәtli әmanәtçi sayı 2.7% (4 min 959 әmanәtçi), ilin әvvәlindәn isә 26.8% (40 min 409 әmanәtçi) artaraq 190.9 min nәfәri üstәlәmişdir. 
Hüquqi şәxslәrin tәlәbli depozitlәri 16 milyard 43.9 milyon manat olmaqla, hüquqi şәxslәrin cәmi depozit portfelinin 75.1%-ni tәşkil etmişdir. Cari ilin noyabr ayında hüquqi şәxslәrin cәmi depozit portfeli 4.1% vә ya 840.4 milyard manat artaraq 21 milyard 54.3 milyon manat tәşkil etmişdir. 
2025-ci ilin yanvar – noyabr aylarında banklar 1 milyard 58.9 milyon manat xalis mәnfәәt, 1 milyard 651.6 milyon manat mәblәğindә әmәliyyat mәnfәәti әldә etmişlәr. Cari ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 265.5 milyon manat mәblәğindә mәnfәәt vergisi ödәnilmişdir (2024-cü ilin analoji dövrü ilә müqayisәdә 14.3% vә ya 33.2 milyon manat daha çox).
Monetar sektor 
Cari ilin noyabr ayında manatla geniş mәnada pul kütlәsi (M2) ilin әvvәlinә nәzәrәn 2.6% artaraq 37 milyard 596.2 milyon manat tәşkil etmişdir. 
Bank sektorunun xarici öhdәliklәri ilin әvvәlinә nәzәrәn 469 milyon manat artaraq 3 milyard 54.5 milyon manat tәşkil etmişdir. Xarici öhdәliklәrdәki qeyd olunan dәyişiklik әsasәn qeyri-rezident banklardan alınmış qısamüddәtli kreditlәrin hәcmindәki artım ilә әlaqәdardır.
Ödәnişlәr sektoru 
Banklar vә "Azәrpoçt" MMC sistemlәri üzrә noyabr ayının sonunda dövriyyәdә olan ödәniş kartlarının sayı ötәn aya nәzәrәn 134 min әdәd artaraq 21 milyon 835 min әdәd tәşkil etmişdir. Keçәn ilin müvafiq dövrü ilә müqayisәdә bu göstәrici 12.2 % artmışdır. Ödәniş kartlarında debet kartlarının sayı 14.7% artmış, kredit kartlarının sayı isә 6.7% azalmışdır.
Ödәniş kartlarının artması nağdsız ödәnişlәrin hәcminә müsbәt tәsir göstәrmişdir. Belә ki, noyabr ayı әrzindә ölkәdaxili nağdsız әmәliyyatların hәcmi keçәn ilin müvafiq dövrü ilә müqayisәdә 14.4% artmışdır. 2025-ci ilin noyabr ayı әrzindә kartlar vasitәsilә hәyata keçirilәn ölkәdaxili nağdsız ödәnişlәrin hәcmi 7 milyard 940 milyon manat tәşkil etmişdir. Hәyata keçirilәn nağdsız ödәnişlәrin 6 milyard 948 milyon manatı elektron ticarәtin payına düşür. Qalan mәblәğin 990 milyon manatı POS-terminallar, 2 milyon manatı isә özünә xidmәt terminalları vә bankomatlar vasitәsilә gerçәklәşdirilmişdir. İlin әvvәlindәn ödәniş kartları ilә nağdsız ölkәdaxili әmәliyyatların hәcmi ölkәdaxili kart әmәliyyatlarının 67.5%-ni tәşkil etmişdir. 
Banklar vә "Azәrpoçt" MMC ödәniş xidmәti şәbәkәlәri üzrә dinamik artım müşahidә olunur. Belә ki, keçәn ilin noyabr ayının sonu ilә müqayisәdә bankomatların sayı 8.5%, POS-terminalların sayı 57.1% artmışdır. 

Banklar     Tarix: 25 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler pul qazanmaq biznes krediti bitcoin internetden pul qazanmaq