Bank yeni Fəvvarələr şöbəsini istifadəyə verdi
(®) TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq yeni Fəvvarələr şöbəsini müştərilərin istifadəsinə verib. Bankın yaydığı məlumatda bildirilir ki, baş tutan rəsmi açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak ediblər.
"Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən yeni şöbə müasir standartlara cavab verən ofis binası ilə şəhər sakinlərinin və biznes subyektlərinin kredit istisna olmaqla bütün növ bank məhsul və xidmətlərindən daha operativ və rahatlıqla istifadəsini təmin edəcəkdir. Bütün zəruri imkanlara malik olan Fəvvarələr şöbəsi ənənəvi və rəqəmsal bank xidmət və məhsullarının müştərilər üçün əlçatan olmasına şərait yaradacaqdır. Rəqəmsallaşma strategiyasına əsasən TuranBank müştərilərini elektron və mobil bankçılıq həlləri ilə davamlı olaraq təmin etməyi hədəfləmişdir",- məlumatda bildirilir.
Qeyd edilib ki, TuranBank-ın Fəvvarələr şöbəsi həftənin bütün günləri, saat 00:00-dək müştərilərin xidmətindədir.
Ölkənin sosial-iqtisadi tərəqqisində fəal iştirak edən TuranBank-ın əsas missiyası kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 20 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Filial şəbəkəsinin genişləndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirən Bank bu il də şəhər və regionlarda yeni filial və şöbələrin açılmasını planlaşdırır. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ınrəsmi veb səhifəsinivə ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.




/ marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
SMM nə deməkdir?
Evdə biznes qurmağın yolları
ZARA-nın uğur hekayəsi
Dünyanın ən bahalı restoranları
Biznesə aid ən yaxşı 10 kitab