Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?Mart ayının əvvəlində "Bank BTB" ASC-nin bank fəaliyyətini dayandıracağı və bank olmayan kredit təşkilatı formasında yenidən təşkili olunacağı barədə rəsmi məlumatdan sonra bəzi xəbər portallarında daha iki bankın bağlanacağı barədə xəbərlər yayımlanılıb.
Təəssüf ki, həmin xəbərlər qeyri-peşəkar yanaşmaya əsaslanır. Xəbərlərdə Mərkəzi Bankın 2026-cı ilin Fevral ayına dair Bank xidmətlərindən istifadə üzrə şikayət indeksində qırmızı zona kimi qəbul edlən yuxarı şikayət indeksində yer tutan bankların adları sadalanır və ardınca "Azərbaycanda bankların bağlanmasına səbəb nədir?" sualı qoyulur. Lakin bu yersiz sual həmin bankın müştərilərinin narahat olmaları ilə nəticələnir. Çünki xəbər yalnız sübutsuz sözlər toplusudur, heç bir rəqəm və fakt qeyd edilmir.
Şikayət indeksi bankın maliyyə vəziyyəti barədə göstərici deyil
Əvvəla qeyd edək ki, Bank xidmətlərindən istifadə üzrə şikayət indeksində yer tutan bankların siyahısı hər ay dəyişir. Elə aylar olub ki, ölkədə bazar payına görə ilk onluqda olan banklar qırmızı zonaya daxil olublar. Çünki şikayət indeksinə birdəfəlik hadisələr və dəyişikliklər təsir edə bilir. 2026-cı ilin Fevral ayında qırmızı zona kimi qəbul edlən yuxarı şikayət indeksinə daxil olmuş Bank, 2026-cı ilin yanvar ayında aşağı şikayət indeksi olan yaşıl zonada idi. Bir ay ərzində bankın yaşıl zonadan qırmızı zonaya keçməsi fevralda hansısa məsələ ilə əlaqədar müştəri müracitələrinin çox olması ilə əlaqədar ola bilər. 
Müştərilər bir çox məsələlər üzrə banklardan Mərkəzi Banka şikayət edirlər. Bu şikayətlər adətən bankların mobil tətbiqlərində qarşılaşılan çətinliklər, kredit üzrə aylıq ödəniş vaxtında edilməyən zaman bankın müştərinin əməkkhaqqı kartından borcu tutması, əmanət gəlirlərinin vergiyə cəlb edilməsinə etiraz, kartdan karta səhv köçürmələr və digər məsələlər üzrə olur. Azərbaycanda maliyyə savadlılığının arzuedilən səviyyədə olmaması, bir sıra müştərinin müqavilə imzalanan zaman şərtlər ilə yaxından tanış olmamaları və ya bank əməkdaşının izahatlarını diqqətlə dinləməmələri, bir çox vətəndaşın bankları aqressiv münasibəti dərhal Mərkəzi Banka şikayət olunması ilə nəticələnə bilir.
Texnologiya hər gün inkişaf edir, banklar mobil tətbiqlərini yeniləyirlər, bu zaman müvəqqəti texniki problemlər də qaçılmaz olur. Texniki problemlə qarşılaşan müştəri dərhal Mərkəzi Banka müraciət edir. Son vaxtlar şikayətlərin bir çoxu bununla əlaqədardır. Və yaxud vətəndaş pulu səhvən başqa şəxsin kartına köçürür və bankdan həmin pulun geri qaytarılmasını tələb edir. Lakin başa düşmür ki, bankın həmin pulu geri qaytarmaq səlahiyyəti yoxdur. Bunu qəbul etməyən vətəndaş da Mərkəzi Banka şikayət edir. Depozitlərin vergiyə cəlb edildiyini unudan vətəndaş bankı onun əmanəti üzrə faiz gəlirini kəsdiyini iddia edir. Əmanət yerləşdirdiyi banka inanmayan vətəndaş tam əmin olmaq üçün Mərkəzi Banka da müraciət göndərir.
Qısası, şikayət indeksi bu və bənzər şikayətlər əsasında formalaşır. İndi necə demək olar ki, şikayət varsa bank bağlanır!?
Qeyd edək ki, Mərkəzi Bank şikayət indeksini açlqlamaqla bankları bir növ "utandırır", özlərinin  şikayətləri həll etməyə, müştəri xidmətlərini təkmilləşdirməyə təşviq edir. Mərkəzi Bank tərəfindən hər bir müştəri müraciəti diqqətlə araşdırılır və banklara göstərişlər verilir. Hər ay siyahıda bankların adının bir neçə pillə aşağıya doğru yerini dəyişməsi banklar tərəfindən bu sahədə tədbirlərin görüldüyünə də işarədir.
Qeyd edək ki, şikayət indeksinin hesablanması metodologiyasına görə, indeksdə ardıcıllığa - bankın şikayətlər üzrə və müştərilər üzrə bazar payları təsir edir. Elə vəziyyət yarana bilər ki, məsələn, ayda barəsində 100 şikayətin olduğu bank qırmızı zonada, barəsində 1000 şikayətin olduğu bank yaşıl zonada yer tuta bilər. Burada bankın müştəri bazasının böyüklüyü həlledici olur.
Sonda. Həmkarlarımızı əhali və ölkənin maliyyə sistemi üçün həssas olan məsələlər haqqında yazarkən faktlara söykənməyi, hər bir iddianı əsaslandırmağa çağırırıq. Bank müştəriləri arasında təşviş yaratmaq və bununla oxucu cəlb etmək məqəsədilə xəbər hazırlamaq Azərbaycan mediasına, o cümlədən belə xəbərləri yayımlayan xəbər saytlarına olan inamı azaldır.   / marja.az

Banklar     Tarix: 20 mart 2026

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler rubl mezenne leobank kart iqtisadiyyat xeberleri internetden pul qazanmaq