Banklar depozit faizlərinin artacağını gözləyirlər
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank tərəfindən 2024-cü ilin IV rübü üzrə bank sektorunda kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair keçirilmiş sorğunun nəticələri açıqlanıb.
Sorğuda iştirak edən bankların cavablarına əsasən, 2024-cü ilin IV rübündə depozit faiz dərəcələrinin artımı fonunda bankların fiziki və hüquqi şəxslərin müddətli depozitləri vasitəsilə maliyyələşməsində artım müşahidə olunub. Fiziki şəxslərin tələbli depozitlərində heç bir dəyişiklik olmasa da, hüquqi şəxslərin tələbli depozitləri üzrə maliyyələşmədə cüzi azalma baş verib. Respondentlər növbəti rübdə fiziki və hüquqi şəxslərin müddətli və tələbli depozitləri üzrə maliyyələşmədə artım olacağını gözləyirlər
Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən, 2024-cü ilin IV rübündə fiziki və hüquqi şəxslərin müddətli və tələbli depozitləri, həmçinin banklararası bazar üzrə maliyyələşmə dəyərində artım müşahidə edilib. Banklar növbəti rübdə də eyni tendensiyanın davam edəcəyini gözləyirlər.
Sorğuda iştirak edən respondentlərin cavablarına əsasən, maliyyələşmə dəyərinin artmasına təsir edən əsas faktorlar faiz dərəcələri, bankın likvidlik mövqeyi, rəqabət və requlyativ çərçivədə baş vermiş dəyişikliklər olub.


/ marja.az

ABB "Davr Bank"ın rəhbərliyini yenidən formalaşdıracaq
Sahibkarlar üçün yeni qayda: Bəzi yoxlamaların aparılması qadağan ediləcək
20 min manat limiti artıq illik hesablanacaq – elektron köçürmələrdə yeni qayda
Azərbaycanda 2 milyonluq şirkət 110 milyonluq şirkətə - BİRLƏŞİR
Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
"McDonald"s Azərbaycan" Badamdar qəsəbəsində - Yeni restoran açıb - FOTO
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda təsdiqləndi
"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir
Dünyanın ən varlı 10 adamı
SMM nə deməkdir?
Dünyanın ən zəngin idmançıları
Mcdonalds françayzinqi neçiyədir?
Yatırım olmadan necə biznes qurmaq olar?