"Banklar kredit verəndə ekoloji məsələlərə diqqət yetirməlidir"
Azərbaycan bankları kredit verəndə iqtisadi amillərlə yanaşı, ekoloji məsələlərə də diqqət yetirməlidir.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Bakıda keçirilən, "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş konfransda bildirib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Onun sözlərinə görə, hazırda maliyyə vəsaitlərinin ayrılması zamanı ekologi göstəriclərə nəzər yetirmək zəruri hala çevrilib: "Bu istiqamətdə addımlar təkcə karbon emissiyalarını azaltmayacaq, həm də Azərbaycanın iqtisadi dayanıqlılığını gücləndirəcək".
Nazir müavini əlavə edib ki, noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu sahədə vacib rol oynayacaq: "Azərbaycanın iqlim təşəbbüsləri göstərir ki, o, təkcə milli səviyyədə deyil, həm də qlobal miqyasda "yaşıl iqtisadiyyat"a keçiddə mühüm rol oynayır". / banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Onlayn biznes ideyaları
Françayzinq nədir və necə olur?
İnstaqramda biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri
Dünyada ən çox oxunan 5 kitab