Banklara ipoteka üçün yeni limitlər ayrıldı
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Qeyd edilib ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq:
Adi ipoteka kreditləri üzrə:
05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən.
Güzəştli ipoteka kreditləri üzrə:
06.03.2026-ci il tarixində saat 11:00-dan etibarən.
Müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət" sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcəkdir.
Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinədək elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.
Qeyd: İpoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin "Elektron hökumət" portalının və "mygov" platformasının müvafiq bölmələrində yerləşdirilmişdir. / marja.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?