Banklara yeni strateji planını hazırlamaq üçün 6 ay vaxt verilib
Gələn il martın sonuna qədər Azərbaycan bankları Mərkəzi Bankın (AMB) təsdiqlədiyi "Banklarda Korporativ İdarəetmə Standartları"na uyğun olaraq yeni strateji planını hazırlamalı və onu tənzimləyici quruma təqdim etməlidirər.
AMB-dən verilən məlumata görə, bundan başqa banklar hər üç aydan bir Standartların tətbiq səviyyəsini qiymətləndirərək, nəticələrini quruma kommunikasiya etməlidirlər.
"Bank nəzarəti üzrə Bazel Komitəsinin tələbələrində qeyd edildiyi kimi, effektiv korporativ idarəetmə tələblərinin tətbiqi bankların risk əsaslı fəaliyyətini təmin etməklə, bütövlükdə maliyyə sabitliyi üçün zəruridir.
Bu çərçivədə, "Banklarda Korporativ İdarəetmə Standartları" AMB-nin İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli qərarı ilə qəbul edilib və senyabrın 8-dən qüvvəyə minib. Standartların qəbulunda əsas məqsəd bankların idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini dəqiq müəyyən etməklə, onların işinin etibarlılıq, şəffaflıq, hesabatllılıq, məsuliyyətlilik prinsiplərinə uyğun təşkilinə nail olunmasıdır", – AMB-dən bildirilib.
Yeni standartların qəbulunadək banklarda korporativ idarəetmə standartlarına dair normativ tələblər "Banklarda korporativ idarəetmə Standartları", "Banklarda risklərin idarə olunması haqqında Qaydalar" və "Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar" ilə tənzimlənirdi. Sözügedən hüquqi aktlardan ilk ikisi 2013-cü ildə qəbul edilib, 2019-cu ildə isə ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası həmin qaydalara müəyyən dəyişikliklər edib. Daxili nəzarət və auditə dair qaydalar isə 1999-cu ildə qəbul edilib və onlara həmin dövrdən sonra yalnız texniki dəyişikliklər edilib. / banker.az

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
ABB partnyorları ilə görüş ®
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Whatsapp biznesin üstünlükləri nələrdir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Yatırım olmadan necə biznes qurmaq olar?
Layihə menecmenti nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?