Banklararası repo istinad faizləri yüksəlib
Azərbaycanda banklararası əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 2W AINAIB (13-15 gün) oktyabrın 4-də 7.60% təşkil edib.
Banker.az bu barədə Bakı Fond Birjasına istinadla xəbər verir. Bu da bu indeks işə düşəndən sonra qeydə alınan maksimal göstəricidir.
Bundan öncəki müqavilə sonuncu dəfə 27 sentyabr tarixində 8%-lik repo faizi təşkil edib.
Birgünlük (1D) repo faizləri sentyabrın əvvəlində 5.18% təşkil etdiyi halda, 27 sentyabr tarixinə 8.4%-ə qədər yüksəlib.
4 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında nominal üzrə ümumi məbləği 121 582 400 manat, repo faiz dərəcəsi 4.00%-7.60% təşkil edən bağlanılmış 35 repo əqdi üzrə bütün əqdlər əsasında hesablanan repo istinad faiz indeksi 1D AINAAO (1-3 gün) üzrə 4.00%, 1W AINAAO (6-8 gün) üzrə 5.37%, 2W AINAAO (13-15 gün) üzrə 5.80% təşkil etmişdir.
Qeyd edək ki, bu bazar iştirakçıları arasında manat faiz dərəcələrində istinad rolunu oynaması üçün Birjanın ticarət platformasında bağlanılmış repo əqdləri üzrə Birja tərəfindən indekslərin hesablanması qaydasını müəyyən edir.

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Swift nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir və hansı növləri var?