Bankların adından istifadə edən daha bir haker şəbəkəsi aşkarlanıb

Bankların adından istifadə edən daha bir haker şəbəkəsi aşkarlanıbDaxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edərək fişinq yolu ilə kiberdələduzluq edən daha bir haker şəbəkəsi ifşa olunub.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı Qurbanşir Qasımov, qardaşı 20 yaşlı Ülkan Qasımov və 25 yaşlı Uğur Nağıyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, şəbəkə üzvləri müxtəlif bank və kredit təşkilatlarının rəsmi internet səhifələrinə vizual baxımdan oxşar saxta fişinq saytlar yaradıblar. Daha sonra isə onlar insanların diqqətini cəlb etmək üçün saxta saytların sosial şəbəkələrdə reklamını yerləşdirərək aşağı faizli kreditlər təklif ediblər. Vətəndaşlar kredit almaq məqsədilə saxta saytların həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin saytlara daxil ediblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Bundan istifadə edən kiberdələduzlar vətəndaşların bank hesablarına qanunsuz daxil olaraq pul vəsaitlərini ələ keçiriblər. Şəbəkə üzvləri "iz"i itirmək məqsədi ilə əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla 300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir. / banker.az

Banklar     Tarix: 20 mart 2026

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler 1000 manatla biznes emlak xeberleri leobank kart valyuta mezennesi