Bankların aktivləri mart ayında 1.4% artıb – İCMAL

Bankların aktivləri mart ayında 1.4% artıb – İCMAL2026-cı ilin 31 mart tarixinə ölkədə fəaliyyət göstərən bank sektorunun cəmi aktivləri 57.96 milyard manat, öhdəlikləri 50.29 milyard manat, balans kapitalı isə 7.67 milyard manat təşkil edib. Mart ayı ərzində aktivlər və öhdəliklər 1.4%, kapital isə 2% artıb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat ayında bankların kredit portfeli 0.6% və ya 171.5 milyon manat artaraq 30.29 milyard manata yüksəlib. Portfelin 53.5%-ni və ya 16.21 milyard manatını biznes kreditləri, 31.3%-ni və ya 9.49 milyard manatını istehlak kreditləri, 15.2%-ni və ya 4.58 milyard manatını isə ipoteka kreditləri təşkil edib.
Bank sektorunun öhdəliklərinin əsas hissəsini depozitlər formalaşdırıb. Depozit portfeli 37.57 milyard manat olmaqla cəmi öhdəliklərin 74.7%-nə bərabər olub. Depozitlərin 20.98 milyard manatı hüquqi şəxslərin, 16.59 milyard manatı isə fiziki şəxslərin vəsaitləridir. Fiziki şəxslərin əmanətlərinin 69.1%-i (11.46 milyard manat) manatla, 30.9%-i (5.13 milyard manat) isə xarici valyutada saxlanılıb. Əmanət portfelinin 64.9%-ni və ya 10.76 milyard manatını müddətli əmanətlər təşkil edib. Mart ayında fiziki şəxslərin müddətli əmanətləri 0.7% və ya 71.8 milyon manat artıb. İlin ilk rübündə bu artım 4.3% və ya 442.1 milyon manat olub.
Bank sektorunda unikal müddətli əmanətçilərin sayı da yüksəlib. Mart ayı ərzində göstərici 2.7% və ya 5 min 387 nəfər artaraq 207.5 min nəfərə çatıb. İlin əvvəlindən artım 6.9% və ya 13 min 335 nəfər olub.
Hüquqi şəxslərin tələbli depozitləri 15.86 milyard manat səviyyəsində formalaşıb və bu kateqoriya hüquqi şəxslərin ümumi depozit portfelinin 75.6%-nə bərabər olub.
2026-cı ilin ilk rübündə banklar 521 milyon manat əməliyyat mənfəəti, 372 milyon manat xalis mənfəət əldə edib və həmin dövrdə 84.6 milyon manat məbləğində mənfəət vergisi ödəyib.
Monetar göstəricilərdə də artım qeydə alınıb. Mart ayında manatla geniş pul kütləsi (M2) illik müqayisədə 12.5% artaraq 40 milyard manata yüksəlib. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlindən 467 milyon manat azalaraq 2.79 milyard manat olub. Bu azalma əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və xarici bankların qısamüddətli depozitləri üzrə öhdəliklərin aşağı düşməsi ilə əlaqələndirilir.
Ödənişlər sektorunda kart infrastrukturunun genişlənməsi davam edib. Banklar və "Azərpoçt" üzrə dövriyyədə olan ödəniş kartlarının sayı bir ay ərzində 62 min artaraq 22 milyon 409 min ədədə çatıb. Göstərici illik müqayisədə 10% yüksəlib. Debet kartlarının sayı 12% artdığı halda, kredit kartları 9% azalıb.
Kartların artımı nağdsız ödənişlərə də müsbət təsir göstərib. Mart ayında ölkədaxili nağdsız əməliyyatların həcmi illik müqayisədə 46% artaraq 9.56 milyard manat olub. Bunun 8.29 milyard manatı elektron ticarətin, 1.27 milyard manatı POS-terminalların, 2 milyard manatı isə özünəxidmət terminalları və ATM-lərin payına düşüb. İlin əvvəlindən nağdsız əməliyyatların xüsusi çəkisi ölkədaxili kart əməliyyatlarının 69.7%-nə çatıb.
Kart və ödəniş infrastrukturu da genişlənib. Ötən ilin mart ayı ilə müqayisədə bankomatların sayı 6.3%, POS-terminalların sayı isə 46% artıb.

Banklar     Tarix: 29 aprel 2026

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti