Bankların aktivləri yenidən ₼49 milyardın üzərinə yüksəlib – İCMAL

Bankların aktivləri yenidən ₼49 milyardın üzərinə yüksəlib – İCMALAzərbaycanda bank sektorunun aktivlərinin həcmi yenidən artaraq 49 mlrd. manatın üzərinə çıxıb.
Banker.az xəbər verir ki, bankların aktivləri mayın əvvəli ilə müqayisədə 237.6 mln. manat və ya 0.5 faiz artımla 49 milyard 147.5 mln. manata yüksəlib.
Bununla belə, aktivlərdəki itki hələ də bərpa olunmayıb. 2024-cü ilin əvvəlində aktivlərin cəmi həcmi 49 mlrd. 178.2 mln. manat idi.
Aktivlərin 25 mlrd. 158.2 mln. manatını müştərilərə verilən kreditlər təşkil edir. Bu kreditlər ilin əvvəli ilə müqayisədə beş ayın sonuna 8.5 faiz artmış olub. May ayında bankların kredit portfeli 2.1% və ya 513.7 mln. manat artıb. Portfeldə biznes kreditləri – 54.8% (13,784.7 mln. manat), istehlak kreditləri – 29.7% (7,480.2 mln. manat) və ipoteka kreditləri – 15.5% (3,893.3 mln. manat).
May ayında bankların biznes, istehlak və ipoteka portfeli müvafiq olaraq 308.4 mln. manat (+2.3%), 153.2 mln. manat (+2.1%) və 52.2 mln. manat (+1.4%) artıb.
Bankların depozit portfelinin həcmi ilin əvvəli ilə müqayisədə mayın sonuna 0.8 faiz artımla 34 mlrd. 835.2 mln. manata yüksəlib. Bunun 13 mlrd. 399.5 mln. manatı fiziki, 21 mlrd. 435.7 mln. manatı isə hüquqi şəxslərin vəsaitləridir.
Banklar 1 iyun 2024-cü il tarixinə 42 mlrd. 817.8 mln. manat öhdəliklərə sahib olub.
2024-cü ilin yanvar–may ayında banklar tərəfindən 519.7 mln. manat xalis mənfəət, 732.6 mln. manat məbləğində əməliyyat mənfəəti generasiya edilib. Öncəki ildə 437.1 mln. manat xalis mənfəət əldə edilmişdi.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 78 nəfər artaraq 24 188 nəfər təşkil edib.
Bankların aktivləri yenidən ₼49 milyardın üzərinə yüksəlib – İCMALBankların aktivləri yenidən ₼49 milyardın üzərinə yüksəlib – İCMALBankların aktivləri yenidən ₼49 milyardın üzərinə yüksəlib – İCMALBankların aktivləri yenidən ₼49 milyardın üzərinə yüksəlib – İCMAL

Banklar     Tarix: 27 iyun 2024

Oxşar xəbərlər

İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayınd

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub

"Yelo Bank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Endryu Dmitry Pospelovski vəzifəsindən ayrılıb. Müşahidə Şurasının digər üzvü Engelhardt Thomasdır

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v


iqtisadi xeberler bitcoin valyuta kurslari dollar mezenne emlak xeberleri