Bankların bağlanması şikayət indeksindən asılı deyil– Ekspert

Bankların bağlanması şikayət indeksindən asılı deyil– EkspertSon günlərdə sosial mediada və bəzi saytlarda Azərbaycanda yaxın vaxtlarda daha iki bankın bağlanacağı ilə bağlı məlumatlar dolaşır. Lakin adı həmin məqalədə çəkilən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc xəbərdarlıq edib ki, bu məlumatlar doğru deyil və yalnız bankların kapital adequatlığı, likvidliyi, problemli kredit portfeli və ümumi maliyyə göstəriciləri ölçülərək, Mərkəzi Bank tərəfindən inzibati qərarlar verilə bilər.
Banker.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatda müxtəlif bank adları çəkilir və orada şikayət indeksinə istinad edilərək sanki bankın bağlanması bu indeksə görə müəyyən olunur.
Vüqar Oruc qeyd edir ki, belə deyil: "Sadəcə jurnalist mövzunu ehtimallar üzərində inkişaf etdirmək istəyib. Şikayət indeksinə görə banklar bağlanmır. Şikayət əsasında yalnız xəbərdarlıq verilə, fəaliyyətinə qiymət qoyula və ya tənzimləmə metodları tətbiq oluna bilər."
Ekspert əlavə edir ki, Mərkəzi Bank da bu reytinqləri ona görə təqdim edir ki, banklar islahatlar aparsın, dəyişiklər etsin və müştəri məmnuniyyətini nəzərə alsınlar.
"Bankların indiyə qədər fəaliyyəti tarixində yalnız maliyyə vəziyyətləri ona görə məhdudlaşdırma və ya ləğv olunub. Yəni daha çox zərərlə işləyirlər, aktiv fəaliyyət göstərmək imkanları olmur, xərcləri gəlirlərini üstələyir, eyni zamanda kifayət qədər problemli kreditlərə sahib olurlar. Beləliklə, bütün bunlar bankların maliyyə tərəfini əhatə edir. Şikayətlər və ya digər qeyd olunan xüsusiyyətlər əsas kimi götürülmür".", – deyə V.Oruc vurğulayıb.
O, həmçinin qeyd edib ki, xəbərlərdə adı çəkilən banklar bağlanacaq banklar deyil. 

Banklar     Tarix: 13 mart 2026

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler 1000 manatla biznes emlak xeberleri leobank kart valyuta mezennesi