Bankların ipoteka kreditlərində fəallığı azalır – bazar dinamikası zəifləyir

Bankların ipoteka kreditlərində fəallığı azalır – bazar dinamikası zəifləyirBu il Azərbaycanda dövlət tərəfindən ipoteka kreditləşməsi artırılsa da banklar öz vəsaitləri hesabına ipoteka kreditlərini verilməsini azaltması ümumi dinamikaya təsir edir.
Banker.az Mərkəzi Banka istinadən xəbər ki, 2025-ci ilin ilk yeddi ayında dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna ayrılmış vəsait 47,75 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalma deməkdir. Bununla belə, İKZF hazırda ipoteka kreditlərinin digər maliyyə mənbəsi kimi ipoteka istiqrazları buraxmaqla yerləşdirir. Ötən ilin ilk yeddi ayında 300 milyon manat olan göstərici cari ildə 370 milyon manata çatıb.
Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi də azalaraq 280,28 milyon manatdan 247,2 milyon manata düşüb. Bu, kreditlərin yeni verilişində müəyyən yavaşlamanın baş verdiyini göstərir. Lakin diqqətçəkən məqam odur ki, İKZF tərəfindən yenidən maliyyələşdirilən ipoteka kreditlərinin həcmi əksinə artıb – 246,21 milyon manatdan 257,72 milyon manata yüksəlib.
Bankların ipoteka kreditlərində fəallığı azalır – bazar dinamikası zəifləyirÜmumi ipoteka portfeli isə artım tempini qoruyub, lakin ötən illə müqayisədə daha zəif sürətlə. 2024-cü ilin iyulunda portfel 4 milyard 19 milyard manat idi və illik artım 11 faiz təşkil edirdi. 2025-ci ilin iyulunda isə portfel 4 milyard 440 milyard manata çatıb, amma illik artım tempi 5 faizə qədər zəifləyib. Başqa sözlə, portfelin həcmi böyüməyə davam etsə də, böyümə dinamikası azalıb.
Fond hazırda dövlət tərəfindən birbaşa ipoteka krediləri üzrə subsidiyası düşsə də, onu alternativ mənbə kimi ipoteka istiqrazları ilə əvəzləyib.
AMB-nin mayda təqdim etdiyi sorğuya əsasən, banklar növbəti rübdə ümumi ipoteka kreditləri, o cümlədən İKZF hesabına verilən kreditlər üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlərdilər.
Banklardan gələn sorğu nəticələrinə əsasən, 2025-ci ilin I rübündə ümumi ipoteka kreditləri üzrə tələbdə artım trendi davam edib. Respondentlərin cavablarına görə, tələbdəki artım İKZF hesabına verilən ipoteka kreditləri üzrə müşahidə olunub. Cari ilin I rübündə tələbin artmasına təsir göstərən əsas faktor ilin əvvəlində İKZF tərəfindən ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılmasıdır.
Banklar növbəti rübdə İKZF hesabına verilən ipoteka kreditləri üzrə tələbdə artım trendinin davam edəcəyi, daxili ipoteka kreditlərində isə tələbdə dəyişiklik olmayacağı qənaətində idilər.
Bankların ipoteka kreditlərində fəallığı azalır – bazar dinamikası zəifləyir

Banklar     Tarix: 29 avqust 2025

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların


iqtisadi xeberler 1000 manatla biznes online pul qazanmaq pul qazanmaq bitkoin qiymeti