Bankların maliyyə mənbəsində əhali və şirkətlərin depozitlərinin payı yüksəkdir

Bankların maliyyə mənbəsində əhali və şirkətlərin depozitlərinin payı yüksəkdirAzərbaycanın bank sisteminin maliyyələşməsində hüquqi və fiziki şəxslərin depozit portfeli aparıcı rol oynamaqdadır.
Banker.az bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Maliyyə sabitliyi hesabatı qeyd edilir.
Ötən il ərzində sektorun depozit portfeli 25.1% (6.8 mlrd. manat) artaraq 33.8 mlrd. manat təşkil edib. Depozit portfelinin həcmi bank sektorunun öhdəliklərinin 81.5%-i təşkil edir. Depozit portfelinin 66%-i hüquqi şəxslərin depozitləri (22.3 mlrd. manat), 34%-i isə fiziki şəxslərin depozit portfeli (11.5 mlrd. manat) təşkil edir. Sektorun depozit portfeli əsasən tələbli depozitlər hesabına formalaşmışdır (portfelin 74%-i). Bank sisteminin maliyyələşməsində tələbli depozitlərin yüksək payı sektorun iri həcmdə likvidlik buferi saxlamasını şərtləndirir.
AMB bildirir ki, sektorun əsas maliyyələşmə mənbəyi kimi cari öhdəliklər, xüsusilə də hüquqi şəxslərin depozitləri çıxış edir. Hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 53.8%-dir. Hesabat ili ərzində hüquqi şəxslərin depozitləri 24.4% (4.4 mlrd. manat) artaraq 22.3 mlrd. manat təşkil edib. Bu artımın əsas hissəsi tələbli depozitlərin artımı hesabınadır (3.85 mlrd. manat artım). Hüquqi şəxslərin depozitlərinin 88.4%-i (19.7 mlrd. manat) tələbli depozitlər hesabına formalaşmışdır. İri dövlət şirkətləri, həmçinin neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin depozitləri tələbli depozitlərin əsas hissəsini təşkil edir. Hüquqi şəxslərin tələbli depozitlərinin yüksək konsentrasiyası diqqətdə saxlanılır.
Bankların maliyyə mənbəsində əhali və şirkətlərin depozitlərinin payı yüksəkdirBanklarda fiziki şəxslərin depozit portfelində müsbət dinamika davam etməkdədir. Ötən il ərzində sektor üzrə fiziki şəxslərin depozit portfeli 27.1% (2.45 mlrd. manat) artaraq 11.5 mlrd. manat təşkil etmişdir (tarixi rekord göstərici). Fiziki şəxslərin depozit portfelinin 54%-i (6.2 mlrd. manat) müddətli depozitlər, 46%-i (5.3 mlrd. manat) tələbli depozitlər təşkil edir. Depozit portfelində artım əsasən fiziki şəxslərin tələbli depozitləri hesabına olmuşdur. Belə ki, il ərzində fiziki şəxslərin tələbli depozitləri 43% (1.6 mlrd. manat), müddətli depozitləri isə 16% (0.9 mlrd. manat) artmışdır. İl ərzində fiziki şəxslərin nağdsız əməliyyatlarının yüksək dinamikası, o cümlədən debet kartları ilə əməliyyatların artımı tələbli depozitlərin artımını dəstəkləyən amil kimi çıxış etmişdir. Hazırda, fiziki şəxslərin depozitləri bankların öhdəliklərinin 27.7%-ni təşkil edir. 2021-ci illə müqayisədə xarici valyutada olan depozitlərin həcmində azalan trend davam etmişdir. Belə ki, il ərzində fiziki şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 1.9 f.b. azalaraq 39.8% təşkil etmişdir. Fiziki şəxslərin müddətli depozitlərinin dollarlaşma səviyyəsində əhəmiyyətli azalma (il ərzində 5.6 f. b. azalaraq 39%-ə enib) müşahidə edilmişdir ki, bu da əhalinin maliyyə sisteminə və milli valyutaya inamının artması kimi qiymətləndirilə bilər.
Bank sektorunun öhdəliklərinin formalaşmasında qeyrirezidentlərin payı artır. Ötən illə müqayisədə bank sektorunun qeyrirezidentlər qarşısındakı öhdəlikləri 2.5 dəfə (1.5 mlrd. manat) artaraq 2.5 mlrd. manat təşkil etmişdir. Qeyrirezidentlər qarşısında öhdəliklərin cəmi öhdəliklərdə payı isə 3.1. f.b. artaraq 6.1%-ə yüksəlmişdir. Artım əsasən depozit portfeli (1.3 mlrd. manat) və Loro hesablar (0.2 mlrd. manat) üzrə olmuşdur. Qeyd edək ki, qeyri-rezidentlərin depozit portfelində payı 1.4%-dən 5%-ə yüksəlmişdir
Bankların maliyyə mənbəsində əhali və şirkətlərin depozitlərinin payı yüksəkdir

Banklar     Tarix: 15 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri kicik biznes bitkoin qiymeti