Bankların qeyri-faiz gəlirlərinə görə RENKİNQİ: 2026, I rüb
Azərbaycan bank sektorunda 2026-cı ilin ilk rübündə qeyri-faiz xərcləri 780 milyon manat təşkil edib.
Banker.az-ın bankların maliyyə hesabatlarına əsaslanan ilkin hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründə 731 milyon manatla müqayisədə 7% artım deməkdir.
Banklar üzrə ən yüksək qeyri-faiz xərci "Kapital Bank"da qeydə alınıb. Belə ki, bankın qeyri-faiz xərcləri 228.2 milyon manat təşkil edib və bu, illik müqayisədə 9% artım deməkdir. İkinci yerdə "ABB" qərarlaşıb və onun qeyri-faiz xərcləri 158.8 milyon manat olub (22% artım). "PAŞA Bank" isə 78.7 milyon manat qeyri-faiz xərci ilə üçüncü sıradadır, burada illik müqayisədə 30% azalma qeydə alınıb.
"Unibank" və "Bank Respublika" müvafiq olaraq 62.9 milyon manat və 32.6 milyon manat qeyri-faiz xərci ilə TOP 5-liyi tamamlayır. Bu banklarda illik dəyişmə 27% artım və 1% artım olub.
Sektor üzrə ümumi göstəricilərə əsasən TOP 5 bankın ("Kapital Bank", "ABB", "PAŞA Bank", "Unibank", "Bank Respublika") qeyri-faiz xərcləri 561.2 milyon manat olub. Bu isə ümumi bazarın 71.9%-ni təşkil edir. Öncəki ildə bu göstərici təxminən 73.8% səviyyəsində olub.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Swift nədir?
Françayzinq nədir və necə olur?
SWIFT nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?