Beynəlxalq Bankın səhmdarlarının nəzərinə - QAZANCINI BÖLÜŞDÜRƏCƏK

Beynəlxalq Bankın səhmdarlarının nəzərinə - QAZANCINI BÖLÜŞDÜRƏCƏK07 May 2025-ci il tarixində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin ("ABB") Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Bu barədə Marja.az bankın İdarə Heyətinin bildirişinə istinadən xəbər verir.
Bildiririlib ki, "ABB" ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:
1. "ABB" ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2024-cü ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi;
2. 2024-cü ilin maliyyə nəticələrinə əsasən "ABB" ASC-nin səhmdarlarına dividendin ödənilməsi;
3. "ABB" ASC-nin Audit Komitəsinin müstəqil kənar üzvlərinin mükafatlandırılması.
Ümumi yığıncağın keçirilməsinə dair bildiriş 22.03.2025-ci il tarixindən, gündəliyə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səvermə bülleteni isə 15.04.2025-ci il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az).
"Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 15.04.2025-ci il tarixindən 07.05.2025-ci il tarixinədək elektron qaydada bildirməklə və ya bülleteni çap edərək müvafiq qaydada dolduraraq (məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə) qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 07.05.2025-ci il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, eləcə də elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir", - Bildirişdə deyilir.

Banklar     Tarix: 18 mart 2025

Oxşar xəbərlər

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi bitcoin bitkoin qiymeti