Beynəlxalq reytinq agentliyindən Azərbaycanın kiçik bankları ilə bağlı proqnoz

Beynəlxalq reytinq agentliyindən Azərbaycanın kiçik bankları ilə bağlı proqnoz"Moody"s Ratings" beynəlxalq reytinq agentliyi ortamüddətli perspektivdə Azərbaycanda kiçik banklar arasında konsolidasiyanın davam edəcəyini proqnozlaşdırır.
Bu barədə "Moodys Ratings"in kiçik vitse-prezidenti Lev Dorf məlumat verib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
O xatırladıb ki, 2014-cü ildən bəri ölkədə bankların sayı 45-dən 22-yə düşüb və bu, həm bazar, həm də tənzimləyici amillərin yaratdığı konsolidasiya prosesinin davam etdiyini göstərir.
"Nəticədə sektorda təmərküzləşmə yüksək olaraq qalır: beş ən böyük bankın payına bütün bank aktivlərinin yarıdan çoxu düşür. Qalan hissə isə yüksək fraqmentasiya şəraitində bir-biri ilə rəqabət aparan 17 bank arasında bölüşdürülüb", - L.Dorf qeyd edib.
Onun sözlərinə görə, tarixən aparıcı banklar iri korporativ müştərilərlə işləməkdə, daha geniş likvidlik və resurslara çıxış sayəsində üstünlüyə malik olub, kiçik banklar isə likvidliyə çıxış imkanları məhdud olub və daha bahalı maliyyələşdirmə mənbələri uğrunda rəqabət aparıblar.
"Keçən ildən bəri tənzimləyici bazarı tarazlaşdırmağa, təmərküzləşmə səviyyəsini azaltmağa və resurs bazasının yenidən bölüşdürülməsinə çalışır. Bu məqsədlə passivlərin təmərküzləşməsini məhdudlaşdırmaq üçün əlavə tələblər irəli sürülüb. Bununla belə, tənzimləmənin gücləndirilməsi, artan rəqabət, həmçinin rəqəmsallaşma və texnologiyaya investisiya ehtiyacı kimi amillər konsolidasiyanın davam etməsinə kömək edə bilər, xüsusilə də dəyişən mühitə uyğunlaşmaqda çətinlik çəkən kiçik banklar arasında", - L.Dorf vurğulayıb.
© "Report"

Banklar     Tarix: 09 avqust 2025

Oxşar xəbərlər

Azərbaycanın strateji valyuta ehtiyatları $91 milyarda yüksəlib

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 1-nə 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7%, 2026-cı ilin yanvar-iyul aylarına nisbətən isə 12,2% çoxdur

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. Belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən  kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 50 AZ

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayınd

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

PAŞA Bankın dəstəyi ilə "Qız qalası" baleti yenidən səhnəyə qayıdır

Azərbaycanın ilk milli baleti – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" əsəri yenidən səhnəyə qayıdır. Baletin bərpası PAŞA Bankın dəstəyi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə əməkdaşlıq çərçivəsind

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb


iqtisadi xeberler leobank kart dollar manat kursu avtomobil xeberleri dollar məzənnəsi