Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu

Bir ekosistemi ötən ayı yeniliklərlə başa vurdu®Qafqazın ilk rəqəmsal ekosistemi Bir, müştərilərinin həyatını asanlaşdırmağa davam edir. Belə ki, ötən ay ərzində ekosistem brendləri nəqliyyatdan, rəqəmsal ödənişlərədək bir çox yeniliklərlə müştərilərini sevindirib.
Birbank-la ictimai nəqliyyat sistemində yeni dövr başladı
Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar, Bakı Metropolitenində gediş haqqını istənilən banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər. BakıKart-la birgə həyata keçirilən yenilik, təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem "Apple Pay", "Google Pay" ödəniş sistemləri ilə yanaşı, "Birbank", "BakıKart" və "m10" ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir. Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş sisteminin qısa zamanda marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulur.
Bir Bonusla taksi ödənişləri daha sərfəli oldu
Bir ekosistemi partnyor şəbəkəsini genişləndirməyə davam edir. Bu isə müştərilərə qazandıqları bonusları daha geniş arenada xərcləmək imkanı yaradır. Ötən aydan etibarən Bir Bonuslular qazandıqları bonusları Yango-da taksi gedişlərinin ödənişi zamanı istifadə edə bilərlər. Bunun üçün Yango tətbiqində Bir ID ilə qeydiyyatdan keçərək, bonus kabinetini aktivləşdirmək kifayətdir. İstifadəçilər səfərin dəyərinin 90%-dək hissəsini bonuslarla ödəmək imkanına sahibdilər. Bir bonus 1 manata bərabərdir və cari bonus balansı birbaşa Yango tətbiqində əks olunur. Bir ekosistemi və Yango arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik həyatını rahatlaşdırmaqla yanaşı, bonuslardan istifadə sferasını da xeyli genişləndirir. Bu isə istifadəçilərin vaxtına və büdcəsinə əlavə dəyər qatır.
Birmarket-də "Google Pay" və "Apple Pay"lə ödəniş rahatlığı
Artıq Birmarket-də alış-veriş edənlər üçün ödəniş rahatlığı maksimum həddə çatdı. Belə ki, tətbiq edilən yeniliklə istifadəçilər artıq Birmarket alış-verişlərində ödənişlərini kart məlumatlarını əlavə etmədən "Google Pay" və ya "Apple Pay" vasitəsilə rahatlıqla edə bilərlər.
m10 ilə rəqəmsal səsvermə imkanı
Artıq m10 tətbiqində rəqəmsal səsvermə imkanı da mövcuddur. İlk dəfə "Kəlmə-kəlməyə" layihəsi ilə əməkdaşlıq çərçivəsində tətbiq edilən yenilik şou dünyasında yeni dövrə start verir. Belə ki, söz sənətinin həvəskarları dəstəklədikləri iştirakçılara m10 üzərindən səs verə bilərlər.
m10-da yadda saxlanılmış bank kartı ilə ödəniş
m10 istifadəçilərinə daha bir rahatlıq təqdim edir. Belə ki, indi m10 balansı az və ya sıfır olduqda belə istifadəçilər ödənişləri və köçürmələri birbaşa yadda saxlanılmış bank kartı vasitəsilə həyata keçirə bilərlər.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir. / banker.az

Banklar     Tarix: 10 dekabr 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri