Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır

Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır®Müştərilərinə daim ən son rəqəmsal ödəniş həlləri təqdim edərək onların gündəlik həyatını asanlaşdıran Bir ekosistemi daha bir yenilik təqdim edir. Belə ki, ekosistemin tərkib hissəsi olan və təqdim olunduğu vaxtdan müştərilərə rəqəmsal əməliyyat imkanları yaradan m10 tətbiqdaxili rəqəmsal kartı ilə də vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırır. Ödəniş sektorunun qlobal texnologiya şirkəti Mastercard ilə tərəfdaşlıq çərçivəsində təqdim olunan yeni rəqəmsal kart, m10 istifadəçilərinə dünyanın hər yerində rahat ödəniş imkanı tanıyır.
Yeni m10 rəqəmsal kartının ən vacib özəlliyi odur ki, kartın balansı birbaşa istifadəçinin mövcud m10 elektron pulqabısı ilə eynidir. Artıq m10-da qeydiyyatdan və üztanıma identifikasiyasından uğurla keçən istifadəçilər kartı saniyələr içərisində  aktivləşdirə bilərlər. Kartdan istifadəyə başlamaq üçün tətbiqin əsas ekranında olan "Kartı Oyat" düyməsinə klikləmək kifayətdir. Bu proses bazarda mövcud olan ən sürətli rəqəmsal kart aktivləşdirmək üsullarından biridir. Yəni, istifadəçilər kartı aktivləşdirdikləri andan etibarən dərhal ödəniş edə bilərlər.
m10 rəqəmsal kartı ilə istənilən təmassız ödənişləri qəbul edən POS terminallarda (NFC) ödəniş etmək mümkündür. Kartı "Apple Wallet" və "Google Wallet" mobil cüzdanına əlavə etməklə ödənişləri internet bağlantısı olmadan da həyata keçirmək olar.
Onlayn ödəniş, müxtəlif saytlara kart məlumatlarını əlavə etmək və ya səyahət zamanı xaricdə alış-veriş kimi bütün imkanlar m10 rəqəmsal kartı vasitəsilə əlçatandır. Qeyd edək ki, yeni rəqəmsal kartın üstünlükləri ilə yanaşı, m10 cüzdanının digər mövcud funksiyaları da aktivdir. Belə ki, tətbiqdaxili ödənişlər, QR ödənişlər, m10 cüzdanları arasında əməliyyatlar, ölkədaxili və xarici pul köçürmələri, eləcə də və BakıKart ödənişləri kimi bütün üstünlüklər əvvəlki kimi qüvvədə qalır.
Xatırladaq ki, m10 ötən aylarda Amsterdam şəhərində keçirilən Money 20/20 Europe forumunda iştirak edərək, Ödəniş sektorunun qlobal texnologiya şirkəti Mastercard ilə strateji əməkdaşlığa başladığını elan etmişdi. Bu strateji əməkdaşlığın gətirdiyi üstünlüklər çərçivəsində, m10 rəqəmsal kartı kimi beynəlxalq ödəniş həllərinin istifadəyə verilməsi daha da rahat həyata keçirilə bilir və bu, Azərbaycanın rəqəmsal maliyyə həllərinin beynəlxalq arenada tanıdılması üçün mühüm addımdır.
Ətraflı məlumat üçün link: www.b-b.az/bmdc
Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir. / banker.az

Banklar     Tarix: 18 dekabr 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollar mezenne bitkoin en son xeberler bu gunun xeberleri