Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib

Bir rəqəmsal bankçılıq təcrübəsini ®Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, "Istanbul Fintech Week" (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasını təqdim edib.
Oktyabrın 7-də keçirilən "Digital Banking Summit" (Rəqəmsal Bankçılıq Sammiti) çərçivəsində Bir ekosisteminin Fintex biznesinin rəhbəri və Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev çıxış edərək ənənəvi bankçılıq təcrübəsi əsasında rəqəmsal ekosistemin necə inkişaf etdirildiyini və 5 milyondan çox istifadəçini əhatə etdiyini diqqətə çatdırıb. "Biz insanların gündəlik həyatını asanlaşdırmaq məqsədilə bankçılıq, ödəniş və alış-veriş xidmətlərini vahid ekosistemdə birləşdirmişik. Bu təcrübəmiz göstərir ki, ənənəvi banklar fintex şirkətlərinin rəqabəti qarşısında mövqelərini itirməyə məhkum deyillər. Müştərilərin real ehtiyaclarına uyğunlaşmaqla rəqəmsal transformasiyaya özləri də liderlik edə bilərlər". 
KOOP Ventures şirkətinin həmtəsisçisi Mustafa Baltacının moderatorluğu ilə keçirilən "The Digital Bank: Born or Built?" ("Rəqəmsal bank: yaranır, yoxsa qurulur?") adlı panel müzakirəsində Cavid Mirzəyev Malta Bankının (Bank of Valletta) innovasiyalar üzrə rəhbəri Lüdviq Mallia ilə birlikdə Bir ekosisteminin strukturu və fəaliyyət prinsipləri barədə danışıb. O, Bir ekosisteminin Kapital Bank-ın rəqəmsal bankçılıq brendi Birbank-ı, Birmarket onlayn alış-veriş platformasını, m10 rəqəmsal pul kisəsini və Milliön ödəniş terminallarını vahid platformada birləşdirərək müştərilərə rahat və fasiləsiz rəqəmsal xidmət təcrübəsi təqdim etdiyini vurğulayıb. 
Cavid Mirzəyev, həmçinin Bir ID, Bir Bonus və Bir Pay kimi həllərin ekosistemə daxil olan platformalar arasında inteqrasiyanı təmin etdiyini vurğulayıb. Bu həllər istifadəçilərə Bir xidmətləri arasında rahat keçid etməyə, bonuslar qazanmağa, eləcə də onlayn və fiziki satış nöqtələrində ödənişlər həyata keçirməyə imkan yaradır. Məsələn, müştərilər Birmarket-də alış-veriş edərkən sifarişi rəsmiləşdirdikləri mərhələdə Birbank vasitəsilə maliyyələşmə imkanından yararlana bilirlər. 
Cavid Mirzəyev çıxışı zamanı müştəri davranışlarında baş verən dəyişikliklərə və əməliyyat səmərəliliyinin artmasına da diqqət çəkib. O qeyd edib ki, hazırda müştərilərin 90%-i gündəlik bank əməliyyatlarını Birbank tətbiqi vasitəsilə həyata keçirir. Eyni zamanda, müştəri müraciətlərin 60%-i əməkdaşların birbaşa müdaxiləsi olmadan, süni intellekt vasitəsilə həll olunur. Bu göstərici ötən il qeydə alınan 31%-lə müqayisədə təxminən iki dəfə yüksəkdir. 
Cavid Mirzəyevin "Istanbul Fintech Week" tədbirində iştirakı Bir-in Azərbaycanın rəqəmsal transformasiyasını beynəlxalq müstəvidə tanıtmaq istiqamətində fəaliyyətinin davamıdır. Qeyd edək ki, 2019-cu ildən etibarən 62 ölkədən 17 mindən çox iştirakçını bir araya gətirən bu tədbir qlobal maliyyə texnologiyaları sahəsinin aparıcı platformalarından biridir. / banker.az

Banklar     Tarix: 13 oktyabr 2026

Oxşar xəbərlər

"Bank Melli İran"ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb

İranın "Bank Melli İran" bankının Bakı filialı 2026-cı ilin yanvar-sentyabr aylarını (cari ilin 9 ayını) 3 milyon 144 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 23

Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru

"AFB Bank" ASC-nin Korporativ Biznes Mərkəzinin İcraçı Direktoru Hüseyn Bağırlı ilə müsahibə. Son illərdə Azərbaycan bank sektorunda ciddi dəyişikliklər baş verir. Biznes bankçılığı baxımından bazardakı əsas trendlər

ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək "Money20/20"-də finalçı kimi yarışacaq

ABB qlobal fintech ekosisteminin tanınmış platformalarından "Money20/20" tədbiri çərçivəsində keçirilən yüksək rəqabətli "The Money Awards 2026" müsabiqəsinin finalçıları sırasında qərarlaşıb. Bank "AI&Automation"

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

 AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində, qadın sahibkarların biznes və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş Access2Success layihəsini 5-ci dəfə həyata keçirir. Artıq ənənəv

İranın Azərbaycandakı bankının mənfəəti və gəlirləri azalıb

2026-cı ilin yanvar-sentyabr aylarında "Bank Melli İran" Bakı filialının xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 28.2% azalaraq 3 milyon 144.2 min manat təşkil edib. 2025-ci ilin ilk 9 ayında filia

Xalq Bankın "Əmanət" lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu

Xalq Bankın təşkil etdiyi stimullaşdırıcı "Əmanət" lotereyasının 2-ci tirajının qalibləri müəyyən oldu. Tiraj 12 oktyabr tarixdə Bankın Bakı şəh., İnşaatçılar prospekti 22 L ünvanda yerləşən Baş ofisində tiraj komissiyasını

ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

16 oktyabr 2026-cı ildə Bakıda Beynəlxalq Risk Forumu keçiriləcək. Forumun təşkilatçısı ABB-dir. Mastercard şirkəti də tədbirə tərəfdaşlıq dəstəyi göstərir. Forum maliyyə sektorunun rəhbər menecerlərini, tənzimləyici qurumları

Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib

Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, "Istanbul Fintech Week" (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasın

Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın

Aqrar sığorta mexanizmi çərçivəsində fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışların


iqtisadi xeberler bitcoin qiymeti dollarin kursu bu gun dollar mezenne telefonla pul qazanmaq