Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı
Birbank Biznes tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək məqsədilə təqdim olunan "She"s Next" biznes kartı istifadəçilərə müxtəlif imkanlar yaradır. Bu eksklüziv kart həm hüquqi şəxslər, həm də fərdi sahibkar statusuna malik xanımlar üçün nəzərdə tutulub.
"She"s Next" biznes kartı sahibkar qadınlara manat, dollar və avro olmaqla üç valyutada sərbəst istifadə imkanı verir. Kart eyni zamanda əlavə hədiyyələr və bonuslarla zəngin imtiyazlardan faydalanmaq imkanı yaradır.
Kart istifadəçiləri üçün əlavə üstünlüklər də nəzərdə tutulub: POS ödənişləri və bankomatdan nağd vəsait çıxarışı üzrə aylıq dövriyyə limitlərini keçdikdə, istifadəçilərə müəyyən məkanlardan kuponlar təqdim olunur.
"She"s Next" kartını əldə etmək istəyən sahibkar xanımlar Birbank Biznes-in rəsmi internet saytına və ya mobil tətbiqə daxil olaraq onlayn sifariş verə bilərlər. Bu kart sahibinə yalnız maliyyə əməliyyatlarında deyil, həm də biznes fəaliyyətində daha geniş perspektivlər və yeni təcrübələr vəd edir.
Kart haqqında ətraflı məlumat: www.b-b.az/bbbv
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. / banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Dropshipping nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Bitcoin nədir?