Birbank Biznes müştərilərini yeniliklər gözləyir - MÜSAHİBƏ

Birbank Biznes müştərilərini yeniliklər gözləyir - MÜSAHİBƏSon bir neçə ildə Kapital Bank sahibkarlara təqdim etdiyi məhsul və xidmətlərin rəqəmsallaşması istiqamətində bir sıra böyük layihələr icra edib. Bankın qarşısına qoyduğu əsas hədəf isə biznes sahiblərinə tam rəqəmsal bank xidmətləri təqdim etməkdir. Bu gün istənilən sahibkarın əsas resursu onun vaxtıdır. Məhz bu fikri əsas götürərək Kapital Bank sahibkarlar üçün yeni Birbank Biznes rəqəmsal bankçılıq sistemini istifadəyə verdi. Qeyd edək ki, Birbank Biznes bankın daha əvvəl istifadədə olan Müştəri Bank sisteminin yenilənmiş brendidir. Bəs Birbank biznes hansı özəlliklərə malikdir? Ümumiyyətlə, sahibkarlar başqa hansı yenilikləri istifadə edə biləcəklər? Bu suallara cavab almaq üçün Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadədən müsahibə aldıq.
- Fərid müəllim, Kapital Bank pərakəndə bankçılıq xidmətləri ilə yanaşı, sahibkarlar üçün də bir sıra yeni məhsullar və xidmətlər təklif edir. Bu sahədə mövcud vəziyyət barədə nə deyə bilərsiniz? 
- Həm cari, həm də 2024–2026-cı illəri əhatə edən növbəti strateji dövrdə Kapital Bank üçün ən prioritet istiqamətlərdən biri rəqəmsal xidmətlərin, xüsusilə də mobil bankçılığın inkişafıdır. Pərakəndə sahədə olduğu kimi, biznes və korporativ seqmentdə təqdim etdiyimiz məhsul və xidmətlərin bir çoxu artıq onlayna keçirilib və bu proses davam etməkdədir. Hazırda sahibkarlar tərəfindən həyata keçirilən köçürmə və ödənişlərin 99%-i rəqəmsal platformalar üzərindən yerinə yetirilir. Maliyyələşmə və biznes məhsulları üzrə müraciətlərin 100%-nin onlayn kanallar vasitəsilə qəbul edilməsi imkanı yaradılıb. Hətta bu yaxınlarda tender və nağd təminatlı qarantiyaların əldə olunması əvvəldən axıra kimi, yəni tamamilə onlayn olaraq Birbank Biznes üzərindən müştərilərin istifadəsinə verilib. Sahibkar hesablarına gəldikdə isə onların 95%-dən çoxu məsafədən açılır. Azərbaycanda mikrokreditləri tam onlayn verməyə də ilk dəfə məhz Kapital Bank başlayıb. Bu gün mikrokreditlərin təxminən 50%-i rəqəmsal kanallar vasitəsilə rəsmiləşdirilir.
Məhsul və xidmətlər ilə bağlı mövcud vəziyyət barədə danışdıqda regionumuzda ilklərdən sayılan sahibkarlara smartfon vasitəsilə təmassız ödənişləri qəbul etmək imkanını verən Mobil POS xidmətini də qeyd etmək istərdim. Bu il Mobil POS xidmətinə taksit funksionallığını əlavə etdik. Hal-hazırda Mobil POS ənənəvi terminal ilə müqayisədə 3 dəfə daha çox sifariş verilir. Həmçinin sahibkarlara bank xərclərinə qənaət edə bilmələri üçün bankımız tərəfindən müxtəlif çeşiddə tarif paketləri təklif edilir ki, bu da öz növbəsində müştərilərə biznes gəlirlərini səmərəli idarə etməyə töhfə verir.
- Kapital Bank sahibkarların dəyərli vaxtlarına qənaət etmək üçün hansı texnoloji həllər təqdim edir? Yeni təqdim olunan Birbank Biznes hansı üstünlüklərə malikdir?
- Öncə qeyd etdiyim kimi, rəqəmsal bankçılığın inkişaf etdirilməsi məsələsinə bankımız tərəfindən xüsusi önəm yetirilir. Bildiyiniz kimi, bu yaxınlarda sahibkarların ixtiyarında olan Müştəri Bank sistemi tam yenilənərək Birbank Biznes-ə çevrildi. Bu yenilənmə, əlbəttə ki, təkcə brend adının dəyişməsi demək deyil. Təklif olunan rəqəmsal məhsul çeşidi artırıldı, müştərilərin istifadə etdiyi interfeyslər daha rahat oldu, əməliyyatların icra sürəti artırıldı.  Yenilənmiş sistemin üstünlükləri və funksiyaları barədə bəzi məqamları xüsusi qeyd etmək istərdim. Belə ki, Birbank Biznes-də müştərilər artıq təcili ödənişlər edə bilirlər. Ödənişlər üzrə ƏDV avtomatik hesablanır. Biznes və əməkhaqqı kartlarının ünvana çatdırılması kimi xidmətlər müştərinin vaxtına daha da qənaət etmək imkanını verir. Həmçinin müştərilərin kredit xətti ödənişlərini və istifadəsini, eyni zamanda overdraftlardan istifadəni Birbank Biznes-də həyata keçirmək imkanı var. Yeni təqdim edilmiş cari hesabdan QR-nağdlaşdırma funksiyası vasitəsilə artıq sahibkarlar filiala getmədən istənilən Kapital Bank bankomatından cari hesabdan vəsait nağdlaşdıra bilərlər.
Bundan başqa, Birbank Biznes-də təcili köçürmələr, HÖP ödənişləri, biznes kartlarının sifarişi və çatdırılması, e-ticarət, "Kliklə ödə" xidməti, sənəd dövriyyəsi, toplu imzalama, biznes kreditlərinin rəsmiləşdirilməsi, bank qarantiyası, gömrük kredit kartı, açıq API platforması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarının sifarişi, çatdırılması və kartlara mədaxil, canlı çat funksiyası ilə sualların cavablandırılması və s. əməliyyatlar da mümkündür.
-Birbank Biznes müştərilərini gələcəkdə hansı yeniliklər gözləyir?
-Hazırda biz məhz yeni və müasir texnoloji həllər üzərində fokuslanmışıq. Müştərilərimizin daha rahat və çevik işləyən rəqəmsal bankçılıq sistemindən yararlana bilmələri üçün çalışırıq. Yaxın gələcəkdə Mobil Kassa, sahibkarlar üçün  taksit kartı kimi xidmət və funskiyaları Birbank Biznes-ə əlavə etməyi, həmçinin biznes subyektləri üçün tam məsafədən — onlayn kreditləşməni daha da təkmilləşdirməyi planlaşdırırıq. Onu da deyim ki, Birbank Biznes-in gələcəkdə sahibkarlara biznes sahəsində istənilən növ bank xidmətinə məsafədən çıxışı təmin edən bir sistemə çevrilməsi nəzərdə tutulur.
Qeyd edək ki, istifadəsi rahat və təhlükəsiz olan Birbank Biznes tətbiqini həm iOS, həm də Android əməliyyat sistemli cihazlar dəstəkləyir. Tətbiqi yükləmək üçün linkinə, Birbank Biznes-in veb versiyasına daxil olmaq üçün isə linkinə keçid alın. / marja.az

Banklar     Tarix: 08 avqust 2023

Oxşar xəbərlər

AMB maliyyə qruplarına da nəzarət edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi


iqtisadi xeberler birbank kripto bitkoin qiymeti bitcoin qiymeti