Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı

Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı(®) 1 avqust 2025-ci il tarixindən etibarən Birbank kartları üzrə bonus mexanizmi yenilənib.
Yeni şərtlər çərçivəsində istifadəçilər partnyor ticarət və xidmət məntəqələrində etdikləri ödənişlərə görə artıq keşbek deyil, limitsiz Umico bonusları qazanırlar. Bu dəyişiklik daha çox qazanc imkanı yaradır və müştəri təcrübəsini daha da zənginləşdirir.
Belə ki, daha öncə Birbank Cashback və Birbank Star kart sahibləri partnyor məntəqələrdə etdikləri alış-veriş zamanı keşbek qazanırdılarsa, yeni qaydalara əsasən bu ödənişlərə görə Umico bonusları təqdim olunur. Bonusların məbləğinə heç bir limit tətbiq olunmur. Yenilikdən faydalanmaq üçün Birbank mobil tətbiqində müvafiq ay üzrə ən azı bir Umico bonusu kateqoriyası seçilməlidir. Əgər istifadəçi keşbek kateqoriyasını seçərsə, partnyor ödənişləri üzrə bonus əldə edə bilmir. Yalnız Umico bonus kateqoriyasının seçilməsi ilə limitsiz bonus toplamaq mümkündür.
Yenilənmiş sistem istifadəçilərə həm seçilmiş bonus kateqoriyası, həm də partnyor məntəqələrdə alış-veriş üzrə bonus qazanmaq imkanı yaradır. Məsələn, əgər cari ay üçün müştəri "Hotellər – 3%" bonus kateqoriyasını seçibsə və ödəniş etdiyi hotel 5% bonus təqdim edən partnyordursa, o həm 3% kateqoriya bonusunu, həm də 5% partnyor bonusu qazanır. Nəticədə müştəri həmin əməliyyat üzrə ümumilikdə 8% Umico bonusu əldə edir.
Hazırda Birbank Cashback və Birbank Star kartlarında aylıq limit keşbek kateqoriyaları üçün ümumilikdə 50 AZN, Umico bonus kateqoriyaları üçün isə ümumilikdə 100 AZN təşkil edir. Həmçinin Birbank Premium Cashback və Birbank Umico kartları üçün bonus kateqosiyasında 100 AZN limit tətbiq olunur. Müştərilər uyğun Birbank kartlarından istifadə etməklə bu imkanlardan yararlana bilərlər.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 06 avqust 2025

Oxşar xəbərlər

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler rubl mezenne bitcoin birbank leobank kart