"Birbank" tələbə təqaüdü proqramının qalibləri bəlli oldu
®Xəbər verdiyimiz kimi, təhsil yönümlü layihələrə və peşəkar kadrların inkişafına böyük önəm verən ölkənin birinci bankı Kapital Bank tələbələr üçün "Birbank" təqaüd proqramı elan etmişdi. Proqrama müraciət edən 3000 tələbədən 15 nəfəri "Birbank təqaüdçüsü" adını qazanıb və onlara ayda 300 AZN təqaüd veriləcək. Seçilmiş tələbələr ölkənin 8 ali məktəbində kompüter elmləri, informasiya texnologiyaları, maliyyə, hüquq, iqtisadiyyat və digər sahələr üzrə təhsil alırlar.
Proqram tələbələrə aylıq təqaüd almaqla yanaşı, Kapital Bank-da təcrübə keçmək, təlimlərə qatılmaq şansı da verir. Xatırladaq ki, təqaüd proqramına 3-cü kursda oxuyan, universitetə qəbul balı 550 və daha yuxarı, təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan gənclər qoşulublar. Seçim prosesi bir neçə mərhələdə təşkil edilib və onlayn müraciət, qrup tapşırığı, imtahan və müsahibə mərhələlərindən uğurla keçən tələbələr "Birbank təqaüdçüsü" adını qazanıblar.
Qeyd edək ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, "Azərbaycan üçün öyrət", "Təhsil Avtobusu", "Sabah" qrupları ilə layihələrdə iştirak, o cümlədən UNEC, ADNSU, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes planı necə yazmaq lazımdır?
Biznesə aid ən yaxşı 10 kitab
ƏDV geri al və onun üstünlükləri