Birdəfəlik müavinətlər Birbank-da
®Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərin həyatını rahatlaşdırmaq, vaxta qənaət etmək, müştəri məmnuniyyətini artırmaq məqsədilə rəqəmsal həllər təklif etməyə davam edir. Budəfəki yenilik Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq nəticəsində həyata keçirilir.
Belə ki, artıq uşağın anadan olmasına və dəfnə görə müavinətləri Birbank mobil tətbiqindən əldə etmək mümkündür.
Daha öncə müştərilər bu ödənişləri əldə etmək üçün bank filialına yaxınlaşaraq müəyyən sənədləri təqdim etməklə vəsaiti əldə edə bilərdilər. Artıq vaxt itirməyə gərək yoxdur. Müştərilər Birbank mobil tətbiqinə daxil olduqda müavinət məbləğini, məbləğin hansı növə aid olduğunu görə, vəsaiti istənilən banka məxsus kart kesabına köçürə bilərlər. Birbank mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndərilir ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkündür.
Xatırladaq ki, yeniliyin ardından müştərilər birdəfəlik ödənişlərlə bağlı sənədləri DSMF-yə təqdim etdikdən sonra onlara ödənişi fiziki olaraq bank filialından və ya rəqəmsal formada Birbank mobil tətbiqindən əldə etmək seçimi verilir.
Birbank kartı haqqında ətraflı məlumat üçün saytına, 196 Sorğu Mərkəzinə və ya bankın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin. / banker.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın ən varlı 10 adamı
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Onlayn biznes ideyaları
İnstaqramda biznes qurmağın yolları