Biznesiniz üçün etibarlı gəlir mənbəyi – İllik 11,25%-dək stabil gəlir

Biznesiniz üçün etibarlı gəlir mənbəyi – İllik 11,25%-dək stabil gəlir®Bank VTB (Azərbaycan) korporativ müştərilər üçün yeni depozit kampaniyasına start verib.
Onlayn müraciət üçün link:
Bank VTB (Azərbaycan) korporativ müştərilər üçün yeni depozit kampaniyasına start verib. Kampaniya çərçivəsində hüquqi şəxslər və sahibkarlar sərbəst vəsaitlərini AZN valyutasında 12 və ya 24 ay müddətinə yerləşdirərək illik 11,25%-dək gəlir əldə edə bilərlər.
Yeni depozit kampaniyası hüquqi şəxs və sahibkarlara müvəqqəti sərbəst vəsaitlərini gəlir gətirən alətə yönəltmək və maliyyə resurslarından daha səmərəli istifadə etmək imkanı yaradır. Müştərilər öz maliyyə planlamalarına uyğun olaraq depozitin müddətini və faiz gəlirlərinin ödənilməsi qaydasını seçə bilərlər.
Bank VTB (Azərbaycan)-nın İdarə Heyətinin üzvü, Korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov qeyd edib:
"Bank VTB (Azərbaycan)-ın ardıcıl inkişafı və əsas maliyyə göstəricilərində müşahidə olunan müsbət dinamika həyata keçirdiyimiz strategiyanın effektivliyini və müştərilərin Banka olan etimadını əks etdirir. 2026-cı ilin ilk yarısının yekunlarına əsasən, Bankın xalis mənfəəti 5,8 milyon manat təşkil edib, aktivləri isə ilin əvvəli ilə müqayisədə 10% artaraq 306,2 milyon manatdan 336,9 milyon manata çatıb. Bu nəticələr Bank VTB (Azərbaycan)-ın davamlı inkişaf dinamikasını təsdiqləyir və biznes üçün etibarlı maliyyə tərəfdaşı kimi mövqelərimizin daha da möhkəmlənməsinə xidmət edir.
Bizim üçün bu inkişaf, ilk növbədə, müştərilərimiz üçün yeni imkanların yaradılması deməkdir. Yeni depozit kampaniyamız çərçivəsində korporativ müştərilər sərbəst vəsaitlərini etibarlı maliyyə alətində yerləşdirərək əlavə gəlir əldə edə və kapitaldan daha səmərəli istifadə edə bilərlər."
Kampaniya çərçivəsində depozit yerləşdirmək istəyən korporativ müştərilər Bank VTB (Azərbaycan)-nın istənilən filialına müraciət edə, 986 qısa nömrəsi vasitəsilə Əlaqə Mərkəzi ilə əlaqə saxlaya və ya bankın rəsmi internet saytından () ətraflı məlumat əldə edə bilərlər. / banker.az

Banklar     Tarix: 24 avqust 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler dollarin kursu bu gun dollar manat kursu internetden pul qazanmaq investisiya