Bloomberg: Aİ Azərbaycanla qaz idxalının artırılması ilə bağlı danışıqlara başlayıb
İlin sonunda Rusiya ilə mövcud müqavilənin müddəti başa çatması ardından Ukrayna və Avropa İttifaqı tərəfindən təbii qazın Ukrayna vasitəsilə Avropaya tədarükü üçün Azərbaycana müraciət edilib.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, bunu Azərbvaycan Prezidenti İlham Əliyev şənbə günü Şuşada keçirilən konfransda bildirib.
"Ukrayna, Aİ və Rusiya ilə müzakirələr davam edir və bütün tərəflər tədarükün davam etdirilməsində maraqlıdır"- deyə, Əliyev bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski bu ayın əvvəlində bəyan edib ki, Ukrayna tranzit ölkə rolunu saxlamaq və qərb qonşularının enerji təhlükəsizliyini dəstəkləmək məqsədi ilə Azərbaycandan Aİ-yə təbii qaz tədarükünü asanlaşdırmaq üçün danışıqlar aparır. Zelenski Bloomberg-ə bildirib ki, Rusiya qazının Azərbaycan tədarükü ilə əvəzlənməsinə dair razılaşma müzakirə olunan təkliflər arasındadır.
Agentlik yazır ki, Avropa Ukraynanı işğal edəndən bəri Rusiya qazından asılılığını azaltmağa çalışır, bununla belə bəzi Avropa ölkələri hələ də Ukraynadan keçən boru kəməri ilə qaz alırlar. Mövcud tranzit sazişinin müddəti 2024-cü ilin sonunda başa çatır və bir çoxları davam edən müharibə səbəbindən Rusiya qazının axınının dayanacağını gözləyir.
Əliyev qeyd edib ki, Avstriya və Slovakiya kimi ölkələr Rusiya qazının Ukrayna üzərindən nəqli dayandırılarsa, ciddi çətinliklərlə üzləşə bilər, çünki onlar başqa yerdən qaz almaq üçün daha çox pul ödəməli olacaqlar.
Azərbaycan lideri, ölkəsinin qaz hasilatı Xəzərdə yeni və mövcud layihələr hesabına artmağa hazır olduğunu bildirib. Azərbaycan 2022-ci ildə Avropa Komissiyası ilə 2027-ci ilə qədər Avropaya qaz ixracını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb.
Əliyev bildirib ki, ölkə məqsədə doğru irəliləyir. Avropaya ixrac 2023-cü ildəki 11,8 milyard kubmetrdən və 2021-ci ildə 8 milyard kubmetrdən bu il 13 milyard kubmetrə yaxın artacaq.
"Təchizat Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən "Cənub Qaz Dəhlizi" adlandırılan boru kəmərləri zənciri ilə göndəriləcək"- deyə, cənab Əliyev bildirir.
Banker.az olaraq xatırladırıq ki, Azərbaycan həmçinin Türkmənistandan da təbii qaz idxalını svop qaydada davam etdirir.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?