"BOKT-lar banklara rəqabətdə uduzur"
Azərbaycanda bəzi bank olmayan kredit təşkilatları (BOKT) zərərlə işləyir. Bu da onların korporativ idarəetmə ilə bağlı boşluqları, eləcə də banklara rəqabətdə uduzması ilə bağlıdır".
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev bildirib.
"Bankların kredit vermək üçün resursları BOKT-lara nisbətən ucuz başa gəlir. Məsələn, banklar orta hesabla illik 9%-lə əmanət cəlb edə bilirsə, BOKT-ların belə bir hüququ yoxdur. Onların maliyyə mənbəyi daha çox öz kapitallarıdır. Bu vəsait çatışmadıqda onlar bazara çıxır və orta hesabla illik 16-18%-lə pul cəlb edir. Həmçinin BOKT-ların müştəri bazası banklardan fərqli olaraq daha aşağı ödəniş qabiliyyətli insanlardır. Onların isə kredit ödənişlərində müəyyən qədər gecikmələr olur. Bu da faktiki olaraq BOKT-lar üçün təzyiqlər formalaşdırır", - deyə AMB rəsmisi qeyd edib.
© Report

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dropshipping nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
McDonalds haqqında maraqlı faktlar