BOKT-lar biznesdən daha çox əhaliyə kredit verib
2023-cü ilin ilk yarımilində Bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli həm biznes, həm də istehlak kreditləri hesabına genişlənmişdir.
Marja.az Mərkəzibanka istinadən xəbər verir ki, dövr ərzində kredit portfeli 12.7% (56 mln. manat) artaraq 497 mln. manat olmuşdur. İstehlak kreditləri üzrə yarımillik artım 12.5%, biznes portfeli üzrə isə 13% olmuşdur. 2023-cü ilin ilk yarısının sonuna olan məlumatlara əsasən BOKT-lərin kredit portfelinin 60%-ni (297 mln. manat) istehlak kreditləri, 40%-ni (200 mln. manat) isə biznes kreditləri təşkil edir. Biznes portfelinin 27%-ni (54 mln. manat) kənd təsərrüfatı, 26%-ni (52 mln. manat) qeyri-istehsal və xidmət sahələrinin, 25%-ni (50 mln. manat) isə ticarət sahəsinə verilmiş kreditlər təşkil edir.
Kredit portfeli üzrə QİK əmsalı portfelin artımı fonunda yaxşılaşmışdır. 2023-cü ilin ilk yarısı ərzində sektorun qeyri-işlək kredit portfeli 4% artaraq 69.2 mln. manat təşkil etmişdir. Buna baxmayaraq, sektorun QİK əmsalı kredit portfelinin sürətli artım fonunda 1.2 f.b. azalaraq 13.9% olmuşdur.
BOKT sektorunda təmərküzləşmə əlamətləri davam edir. Sektorda fəaliyyət göstərən BOKT-lərdən aktivlərinin həcmi 10 mln. manatdan yüksək olan cəmi 18 kredit təşkilatı mövcuddur ki, bu təşkilatların cəmi aktivləri BOKT sektorunun 81%-i (500 mln. manat) təşkil edir. Əlavə olaraq, sektor üzrə regional təmərküzləşmə də nəzərəçarpandır. Sektor üzrə verilən kreditlərin 60%-i Bakı şəhəri üzrə təmərküzləşib.

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Swift nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir və hansı növləri var?