"BOKT-lar yeni dövrə hazırlaşmalıdır
Bank Olmayan Kredit Təşkilatları (BOKT) yeni dövrə hazırlaşmalıdır.
Bunu "Azərbaycan Kredit Bürosu"nun icraçı direktoru Elçin Həbibov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, BOKT-ların banklar qədər geniş imkanları olmasa da, öz baxışları və yanaşmaları var: "Uzun illər ərzində mikromaliyyə sahəsində topladıqları təcrübə bu təşkilatların əsas güclü tərəflərindən biridir və onlar bu təcrübədən istifadə edə bilərlər. Ölkədə bir neçə BOKT müəyyən məhsullar üzrə banklarla rəqabət aparır və bu sahədə tələbat mövcuddur".
E.Həbibov qeyd edib ki, BOKT-lar yeni dövrə hazırlaşmalı, həm investisiya, informasiya texnologiyaları, audit və digər sahələrdə inkişaf etməlidirlər: "Bu, o deməkdir ki, biz qabaqcıl Qərb ölkələrinin təcrübəsinə uyğun irəliləyirik. Burada iki model mövcuddur: BOKT-ların gələcək inkişafı ya məhdud bank kimi fəaliyyət göstərmək, ya da hazırkı formada davam etməkdir. Göründüyü kimi, biz məhdud bank olmaq istiqamətində irəliləyirik".
© "Report"

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Mcdonalds françayzinqi neçiyədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Shopify-da necə satışa başlamaq olar?
Start-up nədir?