BOKT-lara 3 ay vaxt verilib - MÜSAHİBƏ
Bu ilin noyabr ayından Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatları (BOKT) üçün nizamnamə kapitalı tələbini 3 dəfədən çox artıraraq 1 milyon manata çatdırıb. Bununla bağlı sualları AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov cavablandırıb:
- 1 milyon manatlıq kapital tələbi yalnız yeni fəaliyyətə başlayan BOKT-lara aiddir yoxsa mövcud kredit təşkilatları da öz kapitalını yeni tələbə uyğunlaşdırmalıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
- "Bank olmayan kredit təşkilatları haqqında" qanunda ötən il edilmiş dəyişiklərə əsasən, eləcə də, AMB-nin təsdiq etdiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası" və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası" təsdiq edilib, noyabrın 25-dən qüvvəyə minib. 1 milyon manatlıq kapital tələbi həm Qaydaların qəbulundan sonra yaradılan BOKT-lara, həm də mövcud kredit təşkilatlarına aiddir.
- Əgər kapital tələbi fəaliyyətdə olan BOKT-lara da aiddirsə, onlara bu tələbi yerinə yetirmək üçün nə qədər vaxt verilib?
- Qeyd olunan tələb Qayda qüvvəyə mindiyi tarixdən 3 ay sonra mövcud BOKT-lara şamil ediləcək, yəni onlara yeni kapital tələbini yerinə yetirmək üçün 3 ay vaxt verilib.
- Kapital tələbini yerinə yetirə bilməyən BOKT-ların lisenziyaları ləğv oluna bilərmi?
- Mövcud BOKT-lar tələbi təmin etmədikdə, bununla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcək, o cümlədən kredit təşkilatlarının lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq addımlar atılacaq.
- Bu addım BOKT-ların maliyyə dayanıqlılığına necə təsir edə bilər?
- Qaydalarda olan bütün tələblər BOKT-ların maliyyə dayanıqlığını və istehlakçı hüquqlarının müdafiəsini gücləndirmək, əhalinin bütün təbəqələrinin maliyyə resurslarına əlçatanlığını yaxşılaşdırmaq məqsədi daşıyır. Kapital tələbinin artırılması BOKT-ların daha diversifikasiya olunmuş resurs mənbələrinə çıxışını genişləndirməklə maliyyə vasitəçiliyində rolunu daha da artıracaq. Bu qaydalarda müəyyən edilən tələblər, o cümlədən ehtiyatlanma ilə bağlı bütün təşkilatlar üçün tələblərin müəyyən edilməsi, eləcə də, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair və digər requlyativ tələblər, BOKT-ların daha çox maliyyə resursuna malik olmasını zəruri edir.
© "Report"

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın ən varlı 10 adamı
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Onlayn biznes ideyaları
İnstaqramda biznes qurmağın yolları