Borcverənin müqavilə ilə faiz almaq hüququ tanınacaq

Borcverənin müqavilə ilə faiz almaq hüququ tanınacaqBorc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətlər konseptual olaraq təkmilləşdirilib.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Mülki Məcəlləyə dəyişiklikdə əksini tapıb.
İndiyə qədər qüvvədə olan qanuna əsasən, hazırda borc müqaviləsinin predmeti pul məbləği olduğu halda o, kredit müqaviləsi hesab olunub.
Dəyişikliyə əsasən, bu tələb aradan qaldırılıb. Bu isə pul vəsaitləri ilə bağlı borc müqavilələrinin tanınmasına, habelə müqavilə üzrə tərəflər arasında yaranacaq mübahisələrin hüquqi müstəvidə çözülməsinə və hüquqi qiymət vermənin səmərəliliyinin artmasına son nəticədə hüquqların daha etibarlı qorunmasına imkan verəcək. Eyni zamanda borcverənin borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququnun tanınması da təmin ediləcək. Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin məbləği və hesablanma qaydası tərəflərin razılaşma qaydası ilə müəyyən ediləcək. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa, müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin faizin və məbləğin hesablanma qaydası və müddəti qanunla tənzimlənəcək. Faizlər yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə aid olunacaq.
Bankın və digər kredit təşkilatının borc (kredit) verməsilə digər şəxslərin borc verməsi differensiasia olunur. Belə ki, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi bank və digər kredit təşkilatları tərəfindən həyata keçirilə bilər. Bununla da borc müqaviləsinin bir növüolaraq kredit müqviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq, kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs (bank və ya digər kredit təşkilatı) ola bilər. Kredit müqaviləsi mahiyyətcə borc müqaviləsi olduğundan borc müqaviləsi haqqında müddəalar kredit müqaviləsinə də şamil ediləcək. / banker.az

Banklar     Tarix: 31 mart 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu


iqtisadi xeberler leobank kart avtomobil xeberleri bitcoin qiymeti birbank