"Boston Consulting Group" (BCG) Bakıda - YENİ OFİS AÇIB

Xəzər regionunda uzunmüddətli inkişaf strategiyasının davamı olaraq "Boston Consulting Group" (BCG) şirkəti Bakıda yeni ofis açdığını elan edir.
Bu addım Azərbaycandakı müştəri və tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə imkan verməklə yanaşı strateji konsaltinq sahəsində peşəkar karyera qurmaqda maraqlı olan istedadlı gənclər üçün yeni fürsətlərə yol açır.
FED.az xəbər verir ki, Boston Consulting Group" (BGC) beynəlxalq şirkəti Xəzər regionunda fəaliyyətinin genişləndirilməsi çərçivəsində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yeni ofis açdığını elan edir.
BCG Azərbaycan iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən şirkətlərlə işləyir. Energetika, inşaat, sənaye istehsalı, telekommunikasiya, habelə bank sektoru müəssisələri üçün icra olunmuş layihələr arasında hər bir müştərinin özəlliklərinə uyğunlaşdırılmış biznesin transformasiyasına dair kompleks strategiyaların, o cümlədən rəqəmsal və ESG strategiyalarının formalaşdırılmasına, əməliyyat səmərəliliyinin təkmilləşdirilməsinə və bir sıra digər məsələlərə yönəlmiş layihələr olmuşdur.
BCG-nin Bakı ofisinin rəhbəri, BCG-nin İdarəedici Direktoru və Böyük Ortağı, EMC[1] regionunda energetika istiqaməti üzrə rəhbər Kirill Tuişev qeyd edir ki, "Bakıda yeni ofis açmaqla müştərilərimizə, BCG-nin Azərbaycanda uzun-müddətli inkişaf strategiyasına sadiqliyimizi bir daha təsdiqləmiş oluruq.
Mürəkkəb və sürətlə dəyişən bazar şəraitində Azərbaycanın təbii sərvətlərlə zənginliyi və iqtisadi artımın hədəfləməsi uzun-müddətli rəqabət üstünlüyünün təmin edilməsi ilə yanaşı qlobal enerji təhlükəsizliyi üçün etibarlı sabitləşdirici amil qismində çıxış edirlər. Üstəlik, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycanın yanacaq-enerji kompleksi bir sıra unikal üstünlüklərlə səciyyələnir.
Coğrafi yerləşməsi, resurslarının keyfiyyəti və hasilatının karbon effektivliyi sayəsində Azərbaycan, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrlə bir cərgədə dünya energetikasında liderlik mövqeyini tutur. Bu fürsət pəncərəsindən maksimal dərəcədə faydalanmaq olduqca vacibdir.
Əlavə olaraq, sürətli texnoloji inkişaf, qloballaşma və qlobal ESG-iqtisadiyyatında iştirak etmək məcburiyyəti kimi qlobal çağırışların yaşandığı bir dönəmdə BCG, bu mövzular üzrə aparıcı məsləhətçi olaraq, Azərbaycanın xüsusiyyətlərinə uyğunlaşdırılmış ən müasir həlləri və qabaqcıl təcrübələri təqdim edə bilər.
Biz həmçinin güclü, dinamik yerli kadr bazasının yaradılmasına töhfəmizi verəcəyik. Hal-hazırda Bakıdakı komandamıza - konsaltinq, inzibatçılıq bölmələrinə - qatılacaq ixtisaslı kadrların fəal axtarışındayıq. Sonra isə, hər bir əməkdaşımızın karyera irəliləyişi boyu zəruri təlim və mentorluqla təmin olunmasına sərmayələrimizi əsirgəməyəcəyik".
"Boston Consulting Group" (BCG) şirkəti haqqında
Müştərilərimizlə işləyərkən onlar üçün təkcə ən vacib məsələlərlə bağlı həlləri deyil, yeni imkanları da axtarıb tapırıq. 1963-cü ildə təsis edildiyi dönəmdə BCG şirkəti biznes strategiyası sahəsində öncüllərdən biri idi. Bu gün dünyanın 50-dən çox ölkəsində BCG-nin 90-dan çox ofisi fəaliyyət göstərir. Təşkilatların böyüməyə istiqamətlənməsi, rəqabət üstünlüyünün formalaşdırılması və maliyyə nəticələrinin yaxşılaşdırılmasına zəmin yaradan mürəkkəb dəyişikliklərin həyata keçirilməsində kömək edirik.
Müasir, uğurlu təşkilat həm maşının, həm də insanın bacarıq və qabiliyyətlərini özündə ehtiva etməyə bacarmalıdır. Beynəlxalq komandalarımız sahəvi və funksional istiqamətlər üzrə dərin ekspert biliklərinə malikdirlər. BCG-nin həlləri menecment konsaltinqi sahəsində qabaqcıl təcrübələrə, habelə mütərəqqi texnologiyalar və təşkilatın inkişaf prinsipləri, rəqəmsallaşdırma prosesləri və müştərinin biznes məqsədləri ilə bağlı dərin bilgilərə söykənirlər.
Biznes modelimizin unikallığı ondadır ki, o, həm BCG daxilində, həm də müştəri təşkilatının bütün səviyyələrində məhsuldar əməkdaşlıq prinsipləri əsasında qurulub və maksimal nəticələri təmin etməyə imkan verir. (İnterfaks-Azərbaycan)

Biznes     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR

"Bakı Biznes Mərkəzi" MMC Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyin

Azərbaycanda ən çox lisenziya verilən fəaliyyət sahələri açıqlandı

İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 2026-cı ilin yanvar-iyul ayları ərzində 1191 lisenziya,  ümumilikdə isə 20 220 lisenziya verilib. İçərişəhərdəki məşhur restoranların sahibindən narazılıq - Müqavilələri uzadılmır

Azərbaycanın əsas pambıq ixracatçılarından biri – NİZAMNAMƏ KAPİTALINI AZALDIR

"P-Aqro" MMC (VÖEN: 1404226851) nizamnamə kapitalını azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət  nizamnamə kapitalının 270 manata azaldığını elan edib. Qeyd edək ki, "P-Aqro" MM

Publik hüquqi şəxslərə xərcləmələrlə bağlı güzəşt edilməsi təklif olunur

Azərbaycanda publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar mexanizmi yaradılmalıdır. xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinat

SOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, "AZFEN"

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al


iqtisadi xeberler investisiya dollar kursu bitkoin qiymeti depozit faizleri