BP Kərkükdə neft və qaz yataqlarının işlənməsinə dair İraqla müqavilə imzalayıb

BP Kərkükdə neft və qaz yataqlarının işlənməsinə dair İraqla müqavilə imzalayıbBritaniyanın enerji nəhəngi "British Petroleum" (BP) Kərkük əyalətinin şimalında dörd neft və qaz yatağının işlənməsinə dair İraq hökuməti ilə anlaşma Memorandumu imzalayıb.
Sənəd İraqın neft naziri Hayan Abdel Qəni və BP-nin icraçı baş direktoru Mürrey Aukinklos tərəfindən imzalanıb.
Memorandum İraqın Şimali Neft Şirkətinə məxsus olan dörd neft yatağının: Kərkük, Bayi Həsən, Cambur və Xabbazın bərpası və işlənməsini ehtiva edir.
İraq Baş nazirinin ofisinin yaydığı məlumatda deyilir: "Bu təşəbbüs hökumətin neft hasilatını, qaz və günəş enerjisi investisiyalarını artırmaq məqsədi daşıyan perspektivli enerji imkanlarına optimal şəkildə investisiya cəlb etmək səylərinin bir hissəsidir".
BP İraqın neft sektorunda ən böyük xarici sərmayədarlardan biridir. Bu ölkədə neft hasilatı hələ 1920-ci illərdə Britaniya tərəfindən həyata keçirilib.
Dünya Bankının məlumatına görə, İraqın 145 milyard barel sübut edilmiş neft ehtiyatı var ki, bu da dünyada ən böyük resurslardan biri sayılır və indiki templə 96 illik hasilatı təmin edir. Amma İraq öz xammal ehtiyatlarını 160 milyard bareldən çox artırmaq üçün yataqların kəşfiyyatını davam etdirməyi hədəfləyir.
Böyük neft ehtiyatlarına baxmayaraq, Bağdad İraqın elektrik enerjisi istehsalı üçün mühüm təchizatçı olan qonşu İrandan idxal asılılığını azaltmağa kömək etmək məqsədilə təbii qaz hasilatını artırmağa ümid edir. Baş nazir Sudani İraqda xüsusilə yay aylarında elektrik enerjisi qıtlığını aradan qaldırmaq üçün enerji mənbələrinin diversifikasiyasının vacibliyini dəfələrlə vurğulayıb.
İran qazından asılılığı azaltmaq məqsədilə Bağdad İordaniya və Türkiyədən elektrik enerjisi idxal etməyə başlayıb və bu ilin sonunda Körfəz ölkələrinin elektrik şəbəkəsinə qoşulmağa ümid edir. / banker.az

Xəbərlər     Tarix: 03 avqust 2024

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina


iqtisadi xeberler 1000 manatla biznes biznes xeberleri internetden pul qazanmaq biznes qurmaq