Britaniyada şirkətlər bazar manipulyasiyasına görə - 730 MİN DOLLAR CƏRİMƏLƏNİB
Böyük Britaniyanın Maliyyə Tənzimlənməsi və Nəzarəti İdarəsi bazar manipulyasiyasına görə üç treyderi 600 000 funt sterlinq (730 000 ABŞ dolları) məbləğində cərimələyib və onların fəaliyyətinə qadağa qoyub.
FED.az xəbər verir ki, bu barədə cümə axşamı "Financial Times" qəzeti məlumat yayıb.
Qərar "Mizuho Financial Group"un törəmə şirkətindən Dieqo Urra, Xorxe Lopes Qonsales və Pujan Şet barədə qəbul edilib. Məlumata görə, treyderlər altı il əvvəl İtaliya dövlət istiqrazlarının fyuçersləri bazarında "yanıldıcı böyük sifarişlər" veriblər ki, onları həyata keçirmək niyyətində olmayıblar. Bu cür davranışlar sonradan qiymətli kağızlar bazarına mənfi təsir göstərib.
"Bu cür manipulyasiyalar bazarın bütövlüyünü ciddi şəkildə pozdu", - deyə müşahidəçi orqan bildirib.
Qəzetin yazdığına görə, ticarətçilər qərardan hər iki tərəfin dinləniləcəyi apellyasiya məhkəməsinə protest veriblər. (Trend)

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Dünyanın ən varlı 10 adamı
İKEA şirkətinin tarixi