BTC ilə I yarımildə daşınan Qazaxıstan neftinin həcmi açıqlanıb
Bu ilin I yarısında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) əss ixrac boru kəməri ilə Azərbaycan ərazisindən tranzit həcmi 700 min tonu ötüb.
Bu barədə "KazMunayGaz" (KMG) şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenovun Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə görüşünün yekunları ilə bağlı qarşı tərəfin yaydığı məlumatda bildirilib.
"Tərəflər əməkdaşlığın əsas məsələlərini müzakirə ediblər. Görüşdə Qazaxıstan neftinin sabit tədarükü qeyd edilib. 2023-cü ildə Aktau limanından 1,057 milyon ton neft göndərilib, bu ilin I yarısında isə bu rəqəm 700 min tondan çox olub", – məlumatda vurğulanıb.
A.Xasenov qeyd edib ki, "KazMunayGaz" bu ixrac istiqamətini daha da inkişaf etdirməyə yönəlib: "Hazırda "KazMunayGaz" tərəfdaşları ilə birlikdə Transxəzər marşrutu üzrə Qazaxıstan neftinin tədarükünün artırılması imkanlarını öyrənir".
"KazMunayGaz"ın sədri iki şirkətin birgə təşəbbüslərinin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. Bundan əlavə, görüşdə karbonsuzlaşdırma sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Xatırladaq ki, 2022-ci ildə "KazMunayGaz" və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton neftin tranziti haqqında beşillik müqavilə imzalanıb. / banker.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?