Bu bank işçibaşına 40,5 min xərcləyib, 103 min manat xalis mənfəət əldə edib

Bu bank işçibaşına 40,5 min xərcləyib, 103 min manat xalis mənfəət əldə edibDünən "PAŞA Bank"ın cari ilin yarımilinə dair maliyyə nəticələrinin açıqlandığı mətbuat konfransı keçirilib. Konfransda "PAŞA Bank"ın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev, İdarə heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov, Komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov tədbirdə çıxış edərək mətbuat nümayəndələrini maraqlandıran məqamlara aydınlıq gətirdilər. 
Marja.az xəbər verir ki, Bankın İdarə heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, "PAŞA Bank" ASC 2023-cü ilin ilk 6 ayını 120 milyon 146 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin eyni dövrünü 34 milyon 312 min manat xalis mənfəət ilə başa vurmuşdu. Bu ilin birinci yarısında "PAŞA Bank"ın xalis mənfəətində 3,5 dəfə artım qeydə alınıb ki, bu da rekord artımdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Murad Süleymanov bildirib ki, ötən ilin ilk 6 ayında hər işçiyə düşən xalis mənfəət orta hesabla 31 min 180 manat ikən, 2023-cü ilin ilk 6 ayında orta hesabla 103 min 40 manat olub.
30 iyun 2023-cü il tarixində 3 filial və 6 şöbə ilə fəaliyyət göstərmiş "PAŞA Bank" ASC 1182 nəfər işçiyə malik olub. Bankın əməkdaşlarının 40%-ni qadınlar, 29%-ni qadın rəhbərlər təşkil edib.
2023-cü ilin ilk 6 ayında "PAŞA Bank"ın işçilər üzrə cəmi xərcləri 47 milyon 921 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22 milyon 734 min manat və ya 90% çoxdur. Cari ilin 6 ayında Bankın işçibaşına xərcləri isə ortahesabla 40 min 542 manat olub.
"PAŞA Bank" ASC-nin işçilərinin sayı 2022-ci ilin sonunda 1149 nəfərə çatmışdı. "PAŞA Bank Azərbaycan" 2022-ci ili 85 milyon 319 min manat xalis mənfəət ilə başa vurmuşdu. Ötən il Bank işçibaşına 77 min 140 manat xalis mənfəət əldə etmişdi.
Bu bank işçibaşına 40,5 min xərcləyib, 103 min manat xalis mənfəət əldə edibBu bank işçibaşına 40,5 min xərcləyib, 103 min manat xalis mənfəət əldə edibBu bank işçibaşına 40,5 min xərcləyib, 103 min manat xalis mənfəət əldə edib

Banklar     Tarix: 21 oktyabr 2023

Oxşar xəbərlər

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler biznes ideyalari avtomobil xeberleri bitkoin almaq biznes krediti