Bu bankın xalis mənfəəti 5 dəfədən çox artıb

Bu bankın xalis mənfəəti 5 dəfədən çox artıb"Turanbank" ASC 2022-ci ilin 9 ayını (yanvar – sentyabr) 2 milyon 145  min manat xalis mənfəət ilə başa vurub. "Turanbank"ın xalis mənfəəti 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 5,3 dəfə artıb. Bank ötən ilin eyni dövründə 404 min manat xalis mənfəət əldə etmişdi.  
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Turanbank"ın faiz gəlirləri 14 milyon 371 min manat və ya 47,5% artaraq 44 milyon 569 min manat, qeyri-faiz gəlirləri isə 5 milyon 891 min manat və ya 136,2% artaraq  10 milyon 215 min manat təşkil edib. 
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında "Turanbank"ın faiz xərcləri  5 milyon 843 min manat artaraq 25 milyon 558 min manat, qeyri-faiz xərcləri isə 7 milyon 505 min manat artaraq 21 milyon 281 min manat təşkil edib. 
Eyni zamanda, Bank 2 milyon 445 min manatlıq faiz borcları üzrə məqsədli ehtiyat yaradıb.
Beləliklə, Bankın gəlirlərinin 20 milyon 262 min manat artmasına qarşılıq xərcləri 15 milyon 793 min manat artıb. Yəni, gəlirlərdəki artımın 78%-ni xərclərdəki artım silib. 
2022-ci ilin 9 ayında "Turanbank"ın cəmi əməliyyat gəlirləri 54 milyon 784 min manat, cəmi əməliyyat xərcləri 49 milyon 284 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 5 milyon 500 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 3 milyon 355 min manat ayırıb. 
Xatırladaq ki, 2021-ci ilin 9 ayında "Turanbank"ın cəmi əməliyyat gəlirləri 34 milyon 522 min manat, cəmi əməliyyat xərcləri 33 milyon 491 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 30 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 627 min manat ayrımışdı.
2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin 9 ayında "Turanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 92 milyon 366 min manat və ya 21,2 % artaraq 30 Sentyabr 2022-ci il tarixində 528 milyon 811 min manat təşkil edib.
30 Sentyabr 2022-ci il tarixində "Turanbank" 857 milyon 904 min manat cəmi aktivlərə malik olub. Bank 2021-ci ilin sonunda 714 milyon 961 min manat cəmi aktivlərə malik idi.
Ötən ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayında "Turanbank"ın depozit portfeli 74 milyon 917 min manat və ya 17,9 % artaraq 492 milyon 369 min manata çatıb. 
30 Sentyabr 2022-ci il tarixində "Turanbank" 95 milyon 176 min manat məcmu kapitala malik olub (31 Dekabr 2021-də 91 miylon 917 min manat idi).
Bu bankın xalis mənfəəti 5 dəfədən çox artıbBu bankın xalis mənfəəti 5 dəfədən çox artıbBu bankın xalis mənfəəti 5 dəfədən çox artıbBu bankın xalis mənfəəti 5 dəfədən çox artıb

Banklar     Tarix: 25 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler investisiya valyuta mezennesi internetden pul qazanmaq birbank