Bu BOKT uğurlu idarə olunur, böyüyüb, xalis mənfəəti kəskin artıb

Bu BOKT uğurlu idarə olunur, böyüyüb, xalis mənfəəti kəskin artıbBank Olmayan Kredit Təşkilatı "İnternational" ASC 2023-cü ilin ilk 6 ayını (yanvar-iyun) 1 milyon 842 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ilin ilk 6 ayını 947 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "İnternational" ASC-nin xalis mənfəəti 895 min manat və ya 94,5% artıb.
Marja.az Təşkilatın yarımillik hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayı ərzində BOKT "İnternational"ın faiz gəlirləri 5 milyon 759 min manat, qeyri-faiz gəlirləri 1 milyon 425 min manat təşkil edib. Öyən ilin ilk 6 ayında Kredit təşkilatının faiz gəlirləri 4 milyon 446 min manat, qeyri-faiz gəlirləri 1 milyon 90 min manat təşkil etmişdi.
TƏŞKİLAT BÖYÜYÜB MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 iyun 2022-ci il tarixində BOKT  "İnternational"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 20 milyon 777 min manat ikən, 30 iyun 2023-cü il tarixində 27 milyon 375 min manata çatıb. Təşkilatın cəmi aktivləri isə 23 milyon 300 min manatdan 29 milyon 353 min manata yüksəlib.
Son 12 hesabat ayında Təşkilatın işçilərinin sayı 222 nəfərdən 290 nəfərə yüksəlib.
Xəbər verdiyimiz kimi, Bank Olmayan Kredit Təşkilatı "İnternational" ASC filial şəbəkəsini genişləndirir. Bu yaxınlarda Kredit təşkilatı 5 yeni filialını açaraq cəmi sayını 35-ə yüksəldib. Daha 20 filialın açılması nəzərdə tutulur.
BOKT "İnternational" ASC-nin nizamnamə kapitalının100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur.
Bu BOKT uğurlu idarə olunur, böyüyüb, xalis mənfəəti kəskin artıbBu BOKT uğurlu idarə olunur, böyüyüb, xalis mənfəəti kəskin artıb

Banklar     Tarix: 22 avqust 2023

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti


iqtisadi xeberler emlak xeberleri dollar mezenne en son xeberler valyuta kurslari