Bu il "Tengiz" yatağından nəql olunan neftin həcmi açıqlanıb
Bu ilin yanvar-iyul aylarında "Tengiz" yatağından 16 milyon tona yaxın neft nəql edilib.
Bu barədə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) məlumatında bildirilir.
"Bu gün Atırauda CPC-nin baş direktoru Nikolay Qorban və "Tengizchevroil" şirkətinin marketinq və nəqliyyat üzrə baş meneceri Lori Sasko arasında işgüzar görüş keçirilib. Tərəflər "Tengiz" yatağından neftin Tengiz-Novorossiysk kəməri ilə nəqlinə dair cari və gələcək müraciətlərin bu il yataqda aparılan təmir işləri nəzərə alınmaqla icrasını müzakirə ediblər", – məlumatda bildirilib.
Xatırladaq ki, bu il CPC təxminən 65,2 milyon ton Qazaxıstan nefti nəql etməyi planlaşdırır.
2023-cü ildə CPC 63,47 milyon ton neftin (artım 8,1 %) nəqlini və ixracını təmin edib.
Uzunluğu 1,5 min km olan CPC Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir, burada neft CPC dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya ("Transneft"), Qazaxıstan ("Kazmunayqaz"), "Chevron", "Lukoil", "ExxonMobil", "Rosneft" və "Shell" şirkətləri var. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir və hansı növləri var?
SMM nə deməkdir?
CV hazırlayarkən buraxılan 5 səhv
ZARA-nın uğur hekayəsi