"Bu məbləğə yenidən baxılsın və diferensiallıq tətbiq edilsin" - Ekspertdən TƏKLİF

8-ci ildir ki, artmayan 200 000 haqqında…
"Deməli, 2015-ci ildə devalivasiya olanda ciddi təsirlənmiş kiçik sahibkarların boğulmaması üçün vergi qanunvericiliyində bir dəyişiklik edilmişdi. Belə ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verən illik dövriyyə məbləği 120 000 manatdan 200 000 manata qədər artırılmışdı"
KONKRET.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov deyib.
O, bildirib ki, o vaxt 5 manata satılan məhsul bu gün 10 manata çatıb. Bu da sahibkarın dövriyyəsini avtomatik olaraq nominal şəkildə 2 dəfə artırır.
"Amma hələ də sadələşdirilmiş vergi ödəyiciləri üçün 200 000 manatlıq limit dəyişmir. Bu sahibkarlar üçün ciddi problem yaradır. Çünki, məbləğ 200 000 manat təyin ediləndə məqsəd kiçik sahibkarlığın ƏDV-dən azad edilərək onların dəstəklənməsi, fəaliyyətinin stimullaşdırması idi. Amma 2015-ci ildən bəri hər il yüksələn infilyasiya, artan qiymətlər 8 ildə nominal dövriyyəni artıraraq 200 000 manatlıq limiti əslində 100 000 manatlıq effektiv həddə salıb" – deyə ekspert bildirib.
Hətta cərimələr belə 500%-ə qədər artıb…
Eldəniz Əmirov qeyd edib ki, əvvəl çek təqdim etməyəndə sahibkar birinci dəfə 400, sonra 800, daha sonra 1200 manat cərimə edilirdi. Amma indi bu cərimə məbləği analoji olaraq 1000 manat, 3000 manat və 6000 manata çatdırılıb.
"Odur ki, 200 000 manat məbləğin 500 000 manata qaldırılmasına ehtiyac vardır. Onsuz da müəyyən sahibkarlar bu limiti keçməmək üçün – ƏDV ödəyicisi olmamaq üçün 1001 yolla yayınmağa çalışırlar. Nəticə də onsuz da vergidən yayınma baş verir. Ona görə də yaxşı olardı ki, bu məbləğə yenidən baxılsın və eyni zamanda diferensiallıq tətbiq edilsin".
Ekspert təklif edir ki, sadələşdirilmiş vergi mexanizmi 500 000 manata qədər olan dövriyyədən 2%, 500 min – 800 min manat intervalında olan hissə üçün 3%, 800 mindən 1 milyon manata qədər olan dövriyyədən isə 4% müəyyən edilsin.
"Bunu ən yaxşı variant hesab edirik. Amma ən pis halda isə 2015-ci ildən 2023-cü ilin əvvəlinə qədər olan 8 illik dövr ərzində inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməsi mütləqdir. Hətta sadələşdirilmiş vergi siyasətinin davamlı uğurlu olması üçün qarşıdakı illərdə də hər 3 ildən bir bu məbləğ 3 illik indeksasiya edilməlidir. Bu zaman kiçik sahibkarlar da rahat işləyər, dövriyyəni gizlətməyə çalışmaz. Nəticədə həm vergi yığımı artar, həm vergi mədəniyyəti. Dövlət də udar, sahibkar da" – deyə Eldəniz Əmirov əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Xəbərlər     Tarix: 08 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə


iqtisadi xeberler dollar mezenne bank faizleri biznes qurmaq bu gunun xeberleri